Prezident İlham Əliyev “LATIFA” Laçın tikiş fabrikinin açılışında iştirak etdi - YENİLƏNDİ

Prezident İlham Əliyev “LATIFA” Laçın tikiş fabrikinin açılışında iştirak etdi - YENİLƏNDİ
27.05.2025 15:34 Daxili siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də “LATIFA” Laçın tikiş fabrikinin açılışında iştirak edib. 

TodayPress TV xəbər verir ki, “Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov dövlətimizin başçısı İlham Əliyevə fabrik barədə məlumat verdi. 

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2023-cü il avqustun 26-da açılışı olmuş “Laçın Aqro-Sənaye Parkı” fəaliyyətini genişləndirir.

Rayonun Zerti kəndində yerləşən Parkda artıq 12 müəssisə fəaliyyət göstərir. 

Bildirildi ki, sənaye parkında daha iki müəssisənin işə başlaması nəzərdə tutulur. Bunlardan biri “LATIFA” Laçın tikiş fabrikidir. Ümumi dəyəri 1,2 milyon manat olan müəssisədə 30 yeni iş yeri yaradılacaq.

Fabrikdə gündə 2 min ədəd tekstil məhsulu istehsal olunacaq.

Buraya ev tekstili, idman dəstləri, eksklüziv geyimlər və digər məhsullar daxildir.  Uzun illər Ermənistan tərəfindən işğala məruz qalmış Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı layihələr regionun iqtisadi potensialının reallaşdırılması ilə paralel şəkildə davam etdirilir.

Yeni istehsal və xidmət müəssisələrinin istifadəyə verilməsi əhalinin dayanıqlı məskunlaşmasına və məşğulluğun təmininə geniş şərait yaradır. Eyni zamanda, Laçın Sənaye Parkında istehsal müəssisələrinin qurulması innovativ texnologiyaların tətbiqi və ixracyönümlü məhsul hazırlanması baxımından böyük əhəmiyyət daşıyır.

Bütün bu addımlar Qarabağı və Şərqi Zəngəzuru ölkənin iqtisadi inkişafının mühüm komponentlərindən birinə çevirir, bölgənin ümumilikdə ölkə iqtisadiyyatına inteqrasiyasını sürətləndirir. 

Müəssisə ilə tanışlıqdan sonra dövlətimizin başçısı sakinlərlə görüşdü. 

Prezident İlham Əliyev: Necə yaşayırsınız doğma torpaqda? 

Sakinlər: Yaxşı, Sizin sayənizdə yaxşı. 

Prezident İlham Əliyev: İş yeri də açılıb. 

Sakinlər: Hər şey gözəldir. 

Prezident İlham Əliyev: Evlərlə də təmin olunmusunuz. 

Sakinlər: Bəli, çox yüksək səviyyədə. Allah canınızı sağ eləsin. Sizin kimi gözəl Prezidentimiz var. 

Prezident İlham Əliyev: Sağ olun. 

Sakin: Biz həmişə Sizə dünya Lideri deyirik. Siyasi cəhətdən, mənəvi cəhətdən, maddi cəhətdən xalqımıza çox böyük dəstək olursunuz. Sizə çox-çox minnətdarıq. 

Prezident İlham Əliyev: Çox sağ olun 

Sakin: İnşallah, gələn il bu vaxt gələndə şəxsən bizim evə qonaq gələrsiniz. 

Prezident İlham Əliyev: Gələrəm. 

Sakin: Başımız üstə yeriniz var, 495 nömrəli evdə Sizi gözləyirik. 

Prezident İlham Əliyev: Şəhərdə qalırsınız? 

Sakin: Bəli. Bayraq meydanı ilə üzbəüz. Gözümüz üstə. Siz çox sadə adamsınız. Xalqınızı çox sevənsiniz. Hər bir şeyə dəyər verənsiniz. Bizim üstümüzdə Sizin haqqınız çox-çox yüksəkdir. 

Prezident İlham Əliyev: Sağ olun. 

Sakin: Biz də fəxr edirik ki, Sizin kimi gözəl Prezidentimiz var. 

Prezident İlham Əliyev: Mən də sizinlə fəxr edirəm. Uzun illər ərzində işğal həyatını yaşamısınız, ancaq ümidlərinizi itirməmisiniz. Bilirdiniz, inanırdınız ki, qayıdacaqsınız və qayıtmısınız. İndi həm evlərlə təmin olunmusunuz, həm də iş yeri ilə, gözəl sənaye zonası yaradılıb. Düzdür, Laçın cənnətin bir parçasıdır, burada yaşamaq da xoşdur, çalışmaqda, işləmək də. Əsas odur öz torpağında, öz doğma torpağındasan. 

Sakin: Vətənimizdəyik, ata-baba yurdumuzdayıq. Çox-çox minnətdarıq. 

Prezident İlham Əliyev: Təbrik edirəm. 

Sakinlər: Çox sağ olun, var olasınız. 

Prezident İlham Əliyev: Sabah Müstəqillik Günüdür. 

Sakin: Gələn ayaqlarınız var olsun, Allah kölgənizi daimi etsin. 

Prezident İlham Əliyev: Sağ olun, sizinlə bayram ərəfəsində görüşürük. 

Sakin: Ən böyük şansdır bizim üçün. 

Prezident İlham Əliyev: Xoşbəxt yaşayın. 

Sakinlər: Çox sağ olun, təşəkkür edirik. 

Prezident İlham Əliyev: Sağ olun.

***

10:14

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də “LATIFA” Laçın tikiş fabrikinin açılışında iştirak edib. 

TodayPress TV xəbər verir ki, “Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov dövlətimizin başçısı İlham Əliyevə fabrik barədə məlumat verdi. 

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2023-cü il avqustun 26-da açılışı olmuş “Laçın Aqro-Sənaye Parkı” fəaliyyətini genişləndirir.

Rayonun Zerti kəndində yerləşən Parkda artıq 12 müəssisə fəaliyyət göstərir.  Bildirildi ki, sənaye parkında daha iki müəssisənin işə başlaması nəzərdə tutulur.

Bunlardan biri “LATIFA” Laçın tikiş fabrikidir. Ümumi dəyəri 1,2 milyon manat olan müəssisədə 30 yeni iş yeri yaradılacaq. Fabrikdə gündə 2 min ədəd tekstil məhsulu istehsal olunacaq. Buraya ev tekstili, idman dəstləri, eksklüziv geyimlər və digər məhsullar daxildir. 

Uzun illər Ermənistan tərəfindən işğala məruz qalmış Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı layihələr regionun iqtisadi potensialının reallaşdırılması ilə paralel şəkildə davam etdirilir. Yeni istehsal və xidmət müəssisələrinin istifadəyə verilməsi əhalinin dayanıqlı məskunlaşmasına və məşğulluğun təmininə geniş şərait yaradır.

Eyni zamanda, Laçın Sənaye Parkında istehsal müəssisələrinin qurulması innovativ texnologiyaların tətbiqi və ixracyönümlü məhsul hazırlanması baxımından böyük əhəmiyyət daşıyır.

Bütün bu addımlar Qarabağı və Şərqi Zəngəzuru ölkənin iqtisadi inkişafının mühüm komponentlərindən birinə çevirir, bölgənin ümumilikdə ölkə iqtisadiyyatına inteqrasiyasını sürətləndirir.

FOTOLAR

Prezident İlham Əliyev “LATIFA” Laçın tikiş fabrikinin açılışında iştirak etdi - YENİLƏNDİ — 1
Prezident İlham Əliyev “LATIFA” Laçın tikiş fabrikinin açılışında iştirak etdi - YENİLƏNDİ — 2
Prezident İlham Əliyev “LATIFA” Laçın tikiş fabrikinin açılışında iştirak etdi - YENİLƏNDİ — 3
XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər