Mülki və Ticarət Gəmiçiliyi Məcəllələri dəyişdi

Mülki və Ticarət Gəmiçiliyi Məcəllələri dəyişdi
15.01.2026 15:06

Prezident İlham Əliyev Milli Məclisin dekabrın 16-da qəbul etdiyi Mülki və Ticarət Gəmiçiliyi Məcəllələrində, eləcə də "Nəqliyyat haqqında" və "Avtomobil nəqliyyatı haqqında" qanunlarda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

TodayPress TV xəbər verir ki, sənəd "Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" qanun layihəsindən irəli gələrək hazırlanıb, uyğunlaşdırma xarakterli dəyişikliklərin edilməsini əhatə edir.

Belə ki, "Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" qanun layihəsində nəqliyyat-ekspertiza fəaliyyəti sahəsində pretenziya və iddia məsələləri (7-ci fəsil) tənzimləndiyindən, daşıyıcıya (1.1.1.-ci maddə) və ekspeditora (1.1.2-ci maddə) yeni məzmunda anlayışlar verildiyindən və eləcə də qanun layihəsinin bir sıra normalarının tələblərindən irəli gələrək Mülki Məcəlləyə və Ticarət Gəmiçiliyi Məcəlləsinə müvafiq dəyişikliklər təklif olunur.

İndiyə qədər nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsinə dair münasibətlər əsasən Mülki Məcəllə, Ticarət Gəmiçiliyi Məcəlləsi və "Nəqliyyat haqqında" qanunla tənzimlənib. "Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" qanunla bu sahənin qanunvericilik bazası genişlənir və təkmilləşdirilir. Bundan irəli gələrək dəyişiklik təklif olunan hər bir qanunda nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi ilə bağlı münasibətləri tənzimləyən qanunların dairəsi əks etdirilir (normativ hüquqi çərçivə müəyyən edilir). Bu cür dəyişiklik nəqliyyat-ekspedisiya xidmətləri sahəsində münasibətləri tənzimləyən qanunvericilik aktları arasında əlaqələndirmənin yaradılmasına və hüquq tətbiq etmə praktikasında yarana biləcək məsələlərin tənzimlənməsinə imkan yaradır.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Все новости