Mövsümi çalışanlara gündəlik ödəniş 30 manat oldu

Mövsümi çalışanlara gündəlik ödəniş 30 manat oldu
10.10.2025 13:48 Daxili siyasət

Milli Məclis kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üçün nağd qaydada ödənilən məbləğin 50 % artırılmasını qəbul edib.

TodayPress TV xəbər verir ki, bununla bağlı "Nağdsız hesablaşmalar haqqında" qanuna dəyişikliklər parlamentin bugünkü plenar iclasında bir oxunuşda müzakirə olunub.

Layihəyə görə, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik hər bir belə fiziki şəxs üçün nağd qaydada ödənilə bilən məbləğin yuxarı həddini müəyyən edir.

Sənəddə bildirilib ki, qeyd olunan norma kənd təsərrüfatı məhsullarının istehsalının xüsusiyyətləri (mövsümü olması və bu əsasda işçiyə ehtiyacın müəyyən zaman kəsiyində yaranması) nəzərə alınmaqla, məhsul istehsalçıları tərəfindən işlərin görülməsinə mülki hüquqi müqavilələr əsasında fiziki şəxslərin cəlb edilməsi imkanının yaradılmasına, kənd təsərrüfatı istehsalçılarının və onların mövsümi işlərə cəlb etdiyi şəxslərin dəstəklənməsinə, tərəflər arasında daha çevik ödəmə mexanizminin qurulmasına xidmət edir, ödənişlərin birbaşa məhsulun istehsalı sahəsində (yerində) ödənilməsinə, kənd təsərrüfatı məhsullarının istehsalının (yığımının) daha çevik təşkil edilməsinə imkan yaradır.

Qanun layihəsi həmin şəxslərə nağd qaydada ödənilə bilən gündəlik ödənişin yuxarı həddinin artırılaraq, hazırki iyirmi manatdan otuz manata çatdırılmasını nəzərdə tutur.

Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
“Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Bütün Xəbərlər