Milli Məclisin Azərbaycan əleyhinə aparılan informasiya kampaniyasına dair açıqlama yaydı

Milli Məclisin Azərbaycan əleyhinə aparılan informasiya kampaniyasına dair açıqlama yaydı
02.07.2025 11:36 Daxili siyasət

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası ölkəmiz əleyhinə qarşı aparılan informasiya kampaniyasına dair açıqlama yayıb.

TodayPress TV açıqlamanı təqdim edir:

“Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının öz səlahiyyətləri çərçivəsində apardığı monitorinqlər nəticəsində müəyyən edilib ki, Rusiyanın Yekaterinburq şəhərində həmvətənlərimizə qarşı edilən qanunsuz hərəkətlərdən sonra Rusiya mediasında, habelə teleqram platformasında müxtəlif xəbər kanalları və şəxslər tərəfindən Azərbaycana və Rusiyada yaşayan azərbaycanlılara qarşı geniş informasiya kampaniyası başladılıb.

Araşdırmalarımız zamanı soydaşlarımıza göstərilən aqressiv davranış və qeyri-insani münasibətin adıçəkilən resurslarda da geniş təbliğ olunması və Azərbaycana qarşı qeyri-dost addımların atılması ilə bağı təxribatçı çağırışlar müşahidə edilib.

Bundan əvvəl də Azərbaycanın beynəlxalq hüquqa və milli maraqlara söykənən fəaliyyətlərinə müxtəlif hibrid təhdid alətləri vasitəsilə təsir etmək cəhdləri barədə tərəfimizdən ətraflı açıqlamalar verilib.

Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya Milli Məclisin müvafiq komitələri, Aparatı və digər dövlət orqanları ilə əlaqələndirilmiş şəkildə ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyaları ilə bağlı qabaqlayıcı tədbirlər görür.

Komissiya davam edən informasiya kampaniyasının fonunda vətəndaşlarımızı və xaricdə yaşayan həmvətənlərimizi yalnız Azərbaycanın dövlət qurumları və rəsmiləri tərəfindən verilən məlumatlara istinad etməyə və inanmağa çağırır”.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər