Məhkəmə ekspertizası xidmətlərinə görə ödənilən haqqın məbləği müəyyənləşdi

Məhkəmə ekspertizası xidmətlərinə görə ödənilən haqqın məbləği müəyyənləşdi
31.03.2026 15:19

Məhkəmə ekspertizası idarələrində aparılan məhkəmə ekspertizalarının siyahısı və məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqqın məbləği təsdiqlənib.

TodayPress TV xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Məhkəmə ekspertizası idarələrində məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqqın məbləği ekspertizanın prosessual növlərinə görə aşağıdakı kimi müəyyən edilir:

- ilkin məhkəmə ekspertizasının aparılmasına görə ödənilən haqqın məbləği - cədvəllə təsdiq edilmiş məbləğin 100%-i həcmində;

- əlavə məhkəmə ekspertizasının aparılmasına görə ödənilən haqqın məbləği – ilkin ekspertizaya görə müəyyən edilmiş məbləğin 50%-i həcmində;

- təkrar məhkəmə ekspertizasının aparılmasına görə ödənilən haqqın məbləği – ilkin ekspertizaya görə müəyyən edilmiş məbləğin 120%-i həcmində;

- kompleks məhkəmə ekspertizasının aparılmasına görə ödənilən haqqın məbləği – təyin (sifariş) olunmuş ekspertizalar üçün müəyyən edilmiş ilkin ekspertizaların hər birinin məbləğlərinin cəmi

- komission məhkəmə ekspertizasının aparılmasına görə ödənilən haqqın məbləği – təyin (sifariş) olunmuş ekspertizanın aparılmasına cəlb edilmiş hər bir ekspertə müəyyən edilmiş ilkin ekspertizanın məbləğinin 50%-i miqdarında əlavənin hesablanması

- Məhkəmə-tibb, o cümlədən məhkəmə psixiatr (psixoloq) ekspertinin məhkəmə iclasında iştirakına (həmin şəhər və ya rayonda) görə ödənilən haqqın məbləği – 50 manat

Məhkəmə-tibb, o cümlədən məhkəmə psixiatr (psixoloq) ekspertinin məhkəmə iclasında iştirakına (digər şəhər və ya rayonda) görə ödənilən haqqın məbləği – 100 manat

- Məhkəmə ekspertizası idarələrində məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar meyitlərə gigiyenik qulluq və onların formalinlə fiksasiyasına görə sanitara ödənilən haqqın məbləği – 100 manat

Məhkəmə ekspertizası idarələrində məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar meyitlərin quru buzla təmin edilməsinə görə sanitara ödənilən haqqın məbləği – 100 manat.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Все новости