Leyla Əliyeva Qusarda “Kənd Həyatı” layihəsinin qonağı oldu

Leyla Əliyeva Qusarda “Kənd Həyatı” layihəsinin qonağı oldu
07.01.2026 22:00

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva yeni ilin ilk günlərində Qusar rayonuna səfər edib.

TodayPress TV xəbər verir ki, səfər çərçivəsində Leyla Əliyeva Qusar rayonunun Hil kəndində yaşayan Rəmixanovlar ailəsinin qonağı olub və “Kənd Həyatı” (Country Life Vlog) layihəsinin yeni buraxılışının çəkilişində iştirak edib.

Çəkilişlər zamanı Leyla Əliyeva bölgəyə məxsus məşhur milli yeməklərdən biri olan skanın hazırlanması prosesində ailə üzvləri ilə birlikdə iştirak edib. O, ölkəmizin şimal bölgəsinə xas olan kənd həyat tərzi və milli mətbəx ənənələri ilə yaxından tanış olub.

Leyla Əliyeva Azərbaycanın zəngin kulinariya mədəniyyətinin təbliğində, ölkəmizin dünyanın müxtəlif ölkələrində tanıdılması və sevilməsi istiqamətində gördükləri işlərə görə Rəmixanovlar ailəsinə təşəkkürünü bildirib, onların bu əhəmiyyətli layihəsinə uğurlar arzulayıb.

Qeyd edək ki, “Kənd Həyatı” “YouTube” kanalı 8 milyondan çox izləyiciyə və 3 milyarda yaxın baxış sayına malikdir. Milli mətbəx nümunələrini və kənd həyatını əks etdirən paylaşımları ilə geniş populyarlıq qazanan Rəmixanovlar ailəsinin videoları təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində geniş izləyici auditoriyası tərəfindən maraqla qarşılanır.

Buraxılışı aşağıdakı keçid vasitəsilə izləyə bilərsiniz: https://youtu.be/ixT64--c_d0

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Все новости