Leyla Əliyeva “ANİMAFİLM Studio”nun qonağı oldu

Leyla Əliyeva “ANİMAFİLM Studio”nun qonağı oldu
26.12.2025 21:10

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “ANİMAFİLM Studio” yaradıcı heyəti ilə görüşüb.

TodayPress TV xəbər verir ki, görüş zamanı Leyla Əliyeva studiyanın əməkdaşları ilə səmimi söhbət aparıb, yaradıcı şəxslərlə birlikdə ölkəmizdə animasiya sənətinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi edib. Görüşdə studiyanın direktoru Rəşid Ağamalıyev, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Elçin Hami Axundov və studiyanın əməkdaşları iştirak ediblər.

Leyla Əliyevaya studiyada istehsal olunan yeni animasiya filmləri təqdim edilib. Azərbaycan və Özbəkistan animasiya ustalarının birgə istehsalı olan “Yer və Ay”, eləcə də Azərbaycan, Polşa və Almaniya animasiya mütəxəssislərinin əməkdaşlığı ilə ərsəyə gələn “Yulaf dönərgə” qısametrajlı animasiya filmlərinə baxılıb.

Bununla yanaşı, Leyla Əliyeva “ANİMAFİLM Studio” tərəfindən istehsalına başlanmış “İsi və Piti” adlı yeni uşaq animasiya serialının ilk iki seriyasının ilkin variantları ilə tanış olub. Təqdimat zamanı bildirilib ki, serial uşaqlara Azərbaycanı, onun milli-mədəni dəyərlərini, eləcə də müasir dövrdə inkişaf edən sənət sahələrini tanıtmaq baxımından mühüm maarifləndirici əhəmiyyət daşıyır.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 Задержан гражданин Азербайджана, подозреваемый в шпионаже в пользу КСИР 13:10 Председатель ОБСЕ едет в Баку: Что будет обсуждаться? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Назначен новый заместитель министра — подписано распоряжение 12:38 Какая погода будет завтра? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Взгляды прикованы к визиту Президента Алиева в Среднюю Азию: Азербайджан на пороге спасения мира 11:58 В Барде 79-летний мужчина утонул в канале 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Все новости