İslam dünyasının parlamenti Bakıda toplandı: İlk gündən qlobal mesajlar

İslam dünyasının parlamenti Bakıda toplandı: İlk gündən qlobal mesajlar
22.06.2026 18:35

Bakıda İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının birinci günü başa çatıb.

TodayPress TV xəbər verir ki, sessiya çərçivəsində Müsəlman İcmaları və Azlıqlar Komitəsinin 5-ci iclası keçirilib.

Tədbirdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin deputatı Abdürrahim Dusak bildirib ki, Komitə yarandığı gündən bəri müsəlman icmalarının səsini beynəlxalq platformalara çatdırmağı, qarşılaşdıqları hüquq pozuntularını görünən etməyi və həll yönümlü parlament diplomatiyası mühitini formalaşdırmağı hədəfləyir.

O, Müsəlman İcmaları və Azlıqlar Komitəsinin hesabatını təqdim edib. Nəzərə çatdırıb ki, bu hesabat İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqına üzv olmayan ölkələrdə yaşayan müsəlman icmalarının və azlıqların vəziyyətini yerindəcə araşdırmaq, qarşılaşdıqları problemləri müəyyən etmək, yaxşı təcrübə nümunələrini qeydə almaq və beynəlxalq həmrəylik imkanlarını gücləndirmək məqsədilə hazırlanıb.

İclasda İttifaqa üzv ölkələrin parlament nümayəndə heyətlərinin iştirakı ilə müsəlman icmalarının hüquqlarının müdafiəsi, dini və etnik azlıqların təhlükəsizliyi, sosial inteqrasiya və inklüziv cəmiyyətlərin formalaşdırılması ilə bağlı məsələlər müzakirə olunub.

Komitənin müzakirələrində, həmçinin işğal olunmuş ərazilərdə dini və mədəni irsin qorunması, müsəlman icmalarına qarşı diskriminasiya halları ilə bağlı fikir mübadiləsi aparılıb.

Bundan əlavə, komitə çərçivəsində İƏT məkanında və digər regionlarda multikulturalizm, dinlərarası dialoq və qarşılıqlı anlaşmanın gücləndirilməsi, gənclərin və qadınların ictimai həyatda iştirakının artırılması, eləcə də sosial sabitlik və birgəyaşayışın təşviqi məsələləri də müzakirə olunub.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
12 августа 2026
Kriştianu Ronaldu və Corcina Rodriqes evləndi! 01:41 Bir sıra ərazilərdə işıq KƏSİLƏCƏK 01:20 "Silahları Aİ-yə satırıq, onlar Ukraynaya verir" - Tramp 01:10 Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırılacaq? 00:49 "Fənərbağça" Çempionlar Liqasının pley-offuna yüksəldi! 00:54 Sədərək–Binə yolunda yük maşını yanır - VİDEO 00:20 Vaşinqtonda Ermənistan-Azərbaycan-ABŞ üçtərəfli görüşü keçirilib 22:12 "Putin rusların müharibəni dəstəklədiyini göstərmək istəyir" - Zelenski 00:06 "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşdi! 00:00 Hörmüzdə günlük daşınma 9 milyon barelə çatıb - ABŞ energetika naziri 23:48 Husilər Səudiyyə Ərəbistanına zərbələr endirdiklərini ELAN ETDİ 23:37 Kolumbiyada zəlzələ qurbanlarının sayı artmaqda davam edir 23:16 Prezident sabah kənd təsərrüfatı ilə bağlı Sərəncam imzalayacaq 23:18 “Beşiktaş” Duşan Vlahoviçin transferi ilə bağlı razılığa gəldi! 22:58 Prezident: Ordubadda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur 23:01 "Orhus"un baş məşqçisi: "Sabah" kimi güclü komandalar səhvləri bağışlamırlar 22:51 Yunanıstanın Baş Naziri xəstəxanaya aparıldı 22:45 Prezidentin sosial şəbəkə hesabında Naxçıvana səfəri ilə bağlı videoçarx paylaşıldı 22:53 ABŞ rəsmisi ELAN ETDİ: İsrail-Livan danışıqları BU tarixdə baş tutacaq! 22:25 İlham Əliyev: Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır 22:41 Prezident: Azərbaycan yerləşdiyimiz regionda elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr sırasında birincidir 22:38 Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq 22:35 Rusiyanın büdcə gəlirləri ARTIB: Yanvar-iyul göstəriciləri açıqlandı 22:21 Prezident Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub 22:13 900 illik memarlıq irsi Naxçıvanda belə əbədiləşdirildi - Prezident açılış etdi 22:05 Все новости