"İntellektual gömrük" informasiya sistemi yaradılır

"İntellektual gömrük" informasiya sistemi yaradılır
25.06.2026 16:37

“İntellektual gömrük” informasiya sistemi yaradılıb.

TodayPress TV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, “İntellektual gömrük” informasiya sistemi haqqında Əsasnamə təsdiq edilib.

Fərmanla müəyyən edilib ki, İGİS-in sahibi və operatoru funksiyalarını Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirir.

Dövlət Gömrük Komitəsi İGİS-in formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməli, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, İGİS-in “Hökumət buludu”nda yerləşdirilməsini, aparılmasını və təkmilləşdirilməsini təmin etməlidir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, bu Fərmanın 2-ci hissəsi nəzərə alınmaqla, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən Əsasnamənin 4-cü hissəsində qeyd olunan məlumatların ilkin mənbəyini formalaşdıran dövlət orqanları (qurumları) ilə birlikdə həmin məlumatların altı ay müddətində Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını təmin etmək məqsədilə zəruri tədbirlər görməlidir.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
12 августа 2026
“Aston Villa” böyük transferi rəsmiləşdirdi! Rucyeri İngiltərəyə gedir 13:10 Sabahın havası açıqlandı - PROQNOZ 13:27 Rusiya-Ukrayna müharibəsində yeni mərhələ: Moskva nə planlaşdırır? - ŞƏRH 13:05 Çində Azərbaycan zəfəri! Vüqar Rəsulov turnirin qalibi oldu 13:06 Rusiya Kiyevə hücum etdi - VİDEO 12:35 Prezidentin yeni təyinat verdiyi Nərminə Mustafayeva kimdir? – DOSYE 12:13 Azərbaycanda işsizlərin sayı artdı 11:17 В Азербайджане подорожали квартиры 11:45 В некоторых местах идет дождь, гремит молния — ФАКТИЧЕСКАЯ ПОГОДА 11:40 АЖД: Ведутся строительные работы на первом 7-километровом участке границы Нахчывана с Арменией 11:22 Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım 11:49 Qara dənizdə Rusiyayanın iki dron vuruldu - VİDEO 11:14 Azərbaycanın Latviyadakı səfiri geri çağırıldı, yenisi təyin olundu 11:29 Azərbaycanın İsveçdəki səfiri dəyişdirildi 11:26 США сказали «стоп», Зеленский отступил 11:13 Mourinyo-Qvardiola gərginliyi yenidən gündəmdə: filmə belə düşmədi 10:50 37 человек возвращены из Германии в Азербайджан — ГМС 10:45 Superkubok həyəcanı! Vitinya “Aston Villa” qarşısında PSJ-yə güvənir 10:48 Zakir Həsənov Naxçıvanda yerləşən hərbi hissələrdə oldu 10:17 Ali təhsil müəssisələrinə ixtisas seçimi başladı 09:58 Avropada daha bir zəfər! “Sabah” Azərbaycana xal qazandırdı 10:34 Выделено 258 миллионов манатов Нахичевани — Президент подписал распоряжение 10:24 “Bu uşaqlar çox pisdirlər!” Bred Pitt futbolçuları tənqid etdi 10:19 XİN-dən gənclərə təbrik: “Böyük qürur hissi doğurur” 09:46 Признание от Трампа: «Что они говорят, то я и делаю» 09:45 Все новости