Hikmət Hacıyevin paylaşdığı film Gəncənin gizli qalan tarixini üzə çıxardı

Hikmət Hacıyevin paylaşdığı film Gəncənin gizli qalan tarixini üzə çıxardı
19.07.2026 22:10

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında "AnewZ" telekanalının Gəncənin ispan aviatorları barədə hazırladığı sənədli filmi paylaşıb.

TodayPress TV xəbər verir ki, "The aviators of Ganja - AnewZ investigative documentary" adlı film Gəncənin tarixində az tanınan səhifələrdən birinə həsr olunub.

Filmdə qeyd olunur ki, 1936–1939-cu illərdə İspaniya Vətəndaş Müharibəsi zamanı pilot hazırlığı üçün Gəncəyə gələn gənc ispanların taleyi sonradan baş verən siyasi hadisələr nəticəsində dəyişib. Frankonun qələbəsindən sonra onların bir çoxu vətənlərinə qayıda bilməyib və SSRİ-də qalıblar.

Bildirilib ki, həmin pilotların bir hissəsi sonradan Sovet ordusunda xidmət edib, II Dünya müharibəsi illərində Azərbaycanın səmasının və Bakı neft yataqlarının faşist aviasiyasından müdafiəsində iştirak edib. Onların bir çoxu isə doğma vətəninə bir daha qayıda bilməyib.

Sənədli filmdə vurğulanır ki, ispan aviatorlarının xatirələrində ən çox Azərbaycan xalqının qonaqpərvərliyi və çətin günlərdə belə sahib olduqlarını bölüşməsi xüsusi yer tutub.

Gəncənin ispan pilotları ilə bağlı bu hadisə tarixin az tanınan, lakin təsirli səhifələrindən biri kimi təqdim olunur.

ЛЕНТА НОВОСТЕЙ
21 июля 2026
Cəlilabad sakinlərinə XƏBƏRDARLIQ: Bu ərazilər işıqsız qalacaq 21:53 Yatmazdan əvvəl bunu edin - Oynaq ağrılarınız xeyli azalacaq 01:43 Sağlam yuxunun qarşısını alan qidalar açıqlandı 01:36 Bir ovuc qara qarağatın orqanizmə inanılmaz təsiri var 01:20 Bu 10 vərdiş ömrünüzü qısaldır - Həkimlərdən ciddi xəbərdarlıq 01:06 Sevgi, pul, iş… Bu gün bürcləri nələr gözləyir? 00:55 Kondisionerin gizli təhlükələri üzə çıxdı - Həkimlər xəbərdarlıq edir 23:59 Sankt-Peterburq yaxınlığında sənaye parkı alova büründü - VİDEO 01:27 Çabahar hədəfə alındı - VİDEO 01:15 Rusiya PUA ilə ticarət mərkəzini vurdu - VİDEO 00:47 ABŞ İrana qarşı yeni zərbələrə başladı - TƏCİLİ 00:30 İranda partlayış səsləri eşidildi 00:24 İordaniyada ard-arda partlayış səsləri eşidilib - VİDEO 00:21 İranda Fransa səfirliyinin iki əməkdaşı saxlanıldı - SƏBƏB 00:04 UEFA prezidenti DÇ-nin final matçına getmədi - SƏBƏB bu imiş 23:34 Salyanda dəhşətli qəzada ölənlərin sayı artdı 18:50 Atasının idarə etdiyi aqreqat 3 yaşlı qızın sonu oldu – Dəhşətli faciə 23:10 SON DƏQİQƏ: İordaniya İrandan atıldığı iddia olunan raketləri havada məhv etdi 22:52 İlham Əliyev Berlində vacib görüş keçirdi 22:40 İranın zərbəsi beynəlxalq hava limanını hədəfə aldı 22:30 İtaliyanın hərbi attaşesi Rusiyadan qovuldu - Nə baş verir? 22:26 TƏCİLİ: İran Küveyt sərhədinə hərbi texnika yığır - VİDEO 22:13 Ermənilər pomidora görə “ayağa qalxdı” - Azərbaycanla sərhəd ərazidə yol bağlandı 21:59 Messidən finaldan sonra hamını təəccübləndirən addım 21:47 İlham Əliyev Almaniyada rəsmi səfərdədir 21:28 Все новости