"Yeni mənzillər üçün ildə 2 milyard xərcləyirik"

"Yeni mənzillər üçün ildə 2 milyard xərcləyirik"
18.05.2026 15:11

“2025-ci ildə 238 min mənzil istifadəyə verilib və biz bu rəqəmi 2030-cu ilə qədər daha 1,5 dəfə artırmağı planlaşdırırıq”.

TodayPress TV xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən Liderlərin Bəyanatları (Leaders' Statements) mərhələsində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev deyib.

O bildirib ki, proqramlar üçün dövlət büdcəsindən illik 2 milyard ABŞ dolları məbləğində vəsait ayrılır ki, bu da əhalinin əlverişli mənzillərlə təmin olunmasına xidmət edir:

“2024-cü ildə qeyri-formal məskunlaşma probleminin həlli üçün xüsusi qanunlar qəbul edilib və 100 minə yaxın sakin üçün mülkiyyət hüquqlarını təsdiqləyən sənədlər rəsmiləşdirilib”.

Özbəkistan dövlət başçısı mənzil fondunun yenilənməsi və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə diqqət çəkib:

“Köhnəlmiş mənzil fondunun yenilənməsi məqsədilə, təmir-bərpa işləri hesabına tikilən yaşayış binalarının payının 15 faizdən 60 faizə çatdırılması nəzərdə tutulur. Eyni zamanda, urbanizasiya proseslərini daha effektiv idarə etmək üçün Milli Urbanizasiya Komitəsi təsis edilmişdir”.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
17 июня 2026
Dünyanın ən zəngin 500 adamının sərvəti bir gündə rekord həddə artdı 22:13 Qırğızıstanda Zobel mükafatı təsis edildi 20:38 Sabiq prezident insanlığa qarşı cinayətlərdə ittiham olunur 22:49 İran İsraili sərt cavab tədbirləri ilə hədələdi 01:25 Fransa DÇ-2026-ya qələbə ilə başladı 01:07 Livanda ölənlərin sayı AÇIQLANDI 20:36 Azərbaycanda müğənni qəzaya düşdü 00:35 Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir? 22:46 Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Ужас БПЛА в Набатии: автомобили попали под прицел 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 Все новости