XİN başçıları İstanbul Bəyannaməsi imzaladılar

XİN başçıları İstanbul Bəyannaməsi imzaladılar
08.06.2026 17:00

Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirləri - Hakan Fidan, Maka Botçorişvili və Ceyhun Bayramov İstanbul Bəyannaməsi imzalayıblar.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyunun 8-də İstanbulda Türkiyə XİN başçısı Hakan Fidanın dəvəti üç ölkənin xarici işlər nazirlərinin X Üçtərəfli Görüşü keçirilib.

Nazirlər,

Ölkələri arasında dərin dostluq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimad ənənələrinə əsaslanan mükəmməl münasibətləri vurğulayaraq;

Siyasi, iqtisadi, ticarət, sülh və təhlükəsizlik, elm və texnologiya və mədəniyyət sahələri daxil olmaqla, qarşılıqlı maraq doğuran bütün sahələrdə mövcud güclü əməkdaşlığı daha da irəli aparmaq istəklərini ifadə edərək;

Dayanıqlı sülh və sabitliyin bərqərar olmasına ölkələrinin verdiyi mühüm töhfələri yüksək qiymətləndirərək və bu yanaşmanın regionda və ondan kənarda inkişaf və rifah üçün əhəmiyyətini təsdiq edərək;

Yalnız bütün forma və təzahürlərdəki terrorizm, transmilli mütəşəkkil cinayətkarlıq, kiberhücum və müharibənin hibrid formaları ilə məhdudlaşdırmadan ölkələrinin qarşı-qarşıya qaldığı artan təhdidləri diqqətə alaraq;

Regionda güclü iqtisadi profil yaratmaq üçün ölkələri arasında ticarət və investisiya münasibətlərinin daha da inkişaf etdirilməsinin vacibliyini qəbul edərək;

Regional əməkdaşlıq, regionda iqtisadi artım və inkişaf üçün regional bağlantını həyati əhəmiyyət daşıyan element kimi təsdiq edərək;

Aşağıdakıları bəyan etdilər:

Dövlətlərinin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına güclü və birmənalı dəstəyini bir daha təsdiq etdilər;

Regional və qlobal çağırışları dəf etmək üçün güclü üçtərəfli əməkdaşlığın əhəmiyyətini vurğuladılar;

Əməkdaşlıq üçün regionun potensialının tam reallaşdırılması məqsədilə regional sülh, təhlükəsizlik və sabitliyin əhəmiyyətini vurğuladılar və hər üç ölkənin bu istiqamətdə müsbət rolunu təsdiq etdilər;

Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin bərpasının son dərəcə vacib olduğunu bir daha ifadə etdilər;

Yaşıl enerji və aşağı karbonlu texnologiyalar daxil olmaqla, nəqliyyat və enerji sahələri üzrə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğuladılar;

Bakı-Tbilisi-Ceyhan Boru Kəməri və Cənub Qaz Dəhlizinin regional və Avropanın enerji təhlükəsizliyinə strateji töhfəsini yüksək qiymətləndirdilər;

Hava, dəmir yolu və avtomobil yolları əlaqələrinin və regional bağlantının təkmilləşdirilməsi və gücləndirilməsi imkanlarından istifadə etmək də daxil olmaqla, insanlar arasında təmasların, təhsil, sosial və mədəni mübadilələrin, turizm və İKT-nin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğuladılar;

Türkiyə, Azərbaycan və Gürcüstanın ərazisindən keçən dəmir yolu əsaslı multimodal nəqliyyat dəhlizi olan Trans-Xəzər Şərq-Qərb Orta Dəhlizi daxil olmaqla, ölkələrinin tranzit potensialının gücləndirilməsi istiqamətində atdıqları mühüm addımları, həmçinin beynəlxalq tranzit sisteminə inteqrasiya səylərini qeyd etdilər;

Orta Dəhliz çərçivəsində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun əsas rolunu vurğuladılar və iyunun 2-də Gürcüstanın Axalkalaki Beynəlxalq Dəmir Yolu Stansiyasında BTQ Dəmir Yolu Layihəsi çərçivəsində modernləşdirmə işlərinin başa çatması münasibətilə keçirilən tədbiri alqışladılar;

Türkiyə, Azərbaycan, Qazaxıstan və Gürcüstanın xarici işlər nazirləri və nəqliyyat sahəsinə məsul nazirləri mexanizmi vasitəsilə regional bağlantının gücləndirilməsi istiqaməti üzrə əməkdaşlığın dərinləşdirilməsinə sadiqliklərini bir daha təsdiq etdilər;

Enerji sahəsində strateji tərəfdaşlığı vurğuladılar və yaşıl enerjinin nəqli və ticarəti məqsədli interkonnektorlardan istifadə də daxil olmaqla, bu tərəfdaşlığın davam etdirilməsi və daha da genişləndirilməsinə tam dəstəklərini bir daha təsdiq etdilər;

Bərpa olunan enerjidən səmərəli istifadə daxil olmaqla, dayanıqlı artım sahəsində əməkdaşlığı dəstəklədilər;

Ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizə üzrə regional əməkdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsinin vacibliyini vurğuladılar;

Bu çərçivədə, Türkiyənin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) sədrliyini alqışladılar;

Azərbaycanın Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) uğurlu ev sahibliyini və onun beynəlxalq əməkdaşlığın, dialoqun və dayanıqlı inkişafın irəliyə aparılmasına verdiyi töhfəni yüksək qiymətləndirdilər;

Terrorizmin bütün forma və təzahürləri, transmilli mütəşəkkil cinayətkarlıq, o cümlədən silahların, narkotiklərin və onların prekursorlarının qanunsuz dövriyyəsi, insan alveri, miqrant qaçaqmalçılığı, çirkli pulların yuyulması, mədəni və tarixi irsə qarşı cinayətlər və kibercinayətkarlıqla mübarizə məqsədilə müvafiq beynəlxalq və regional alətlərə uyğun olaraq əməkdaşlığın gücləndirilməsinə sadiqliklərini bir daha yenilədilər;

Səmərəli və nəticə yönümlü layihələr vasitəsilə qarşılıqlı maraq doğuran iqtisadi sahələrdə davamlı və gücləndirilmiş əməkdaşlığa təminat verdilər;

Qarşılıqlı maraq doğuran sahələrdə investisiyaların daha da həvəsləndirilməsinə, habelə iqtisadi əməkdaşlığın təşviqi məqsədilə ixrac-idxal imkanları və yeni modallıqlarının araşdırılması daxil olmaqla, üç dövlətin işgüzar dairələri, ticarət və sənaye palataları, eləcə də sənaye və biznes assosiasiyaları vasitəsilə bu istiqamətdə birbaşa təmasların saxlanılmasına hazır olduqlarını ifadə etdilər;

Bu baxımdan, 26 fevral 2026-cı il tarixində Gürcüstanın Tsinandali şəhərində yeddinci "Türkiyə-Azərbaycan-Gürcüstan Biznes Forumu"nun keçirilməsini alqışladılar;

Üç ölkə arasında yaradılmış üçtərəfli mexanizmlərin, o cümlədən parlamentlərarası əməkdaşlığın uğurunu vurğuladılar;

Dövlətlərinin beynəlxalq təşkilatlar çərçivəsində mümkün olduqca bir-birinin namizədliklərini dəstəkləməsi daxil olmaqla, fəal əməkdaşlığını yüksək qiymətləndirdilər;

Nazirlər görüşün uğurla təşkilinə görə Türkiyə Respublikasının xarici işlər naziri cənab Hakan Fidana dərin təşəkkürlərini ifadə etdilər;

Nazirlər üçtərəfli görüşlərin müntəzəm keçirilməsinin vacibliyini vurğuladılar və On Birinci Üçtərəfli Görüşün 2027-ci ildə qarşılıqlı şəkildə razılaşdırılacaq tarixlərdə Gürcüstanda keçirilməsinə qərar verdilər.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
“Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 Председатель ОБСЕ едет в Баку: Что будет обсуждаться? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Назначен новый заместитель министра — подписано распоряжение 12:38 Какая погода будет завтра? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Взгляды прикованы к визиту Президента Алиева в Среднюю Азию: Азербайджан на пороге спасения мира 11:58 В Барде 79-летний мужчина утонул в канале 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Где Хаменеи? — ЦРУ и МОССАД напали на след верховного лидера 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Все новости