XIII Bakı Qlobal Forumu çərçivəsində panel müzakirə keçirildi

XIII Bakı Qlobal Forumu çərçivəsində panel müzakirə keçirildi
12.03.2026 15:23

Bu gün XIII Bakı Qlobal Forumu çərçivəsində “Qlobal Təhlükəsizlik və Güc Balansı: Beynəlxalq Hüquqa Hörmət, Yeni Məsələlər, Yeni Çağırışlar” adlı panel müzakirəsi keçirilib.

TodayPress TV xəbər verir ki, panel müzakirəsində çıxışçılar mövzu ilə bağlı fikirlərini bölüşüb.

Belçikanın keçmiş Baş naziri, Avropa İttifaqı Şurasının sabiq prezidenti Şarl Mişel diqqətə çatdırıb ki, Aİ-nin söykəndiyi bütün prinsiplər dağılmaqdadır, beynəlxalq hüquq hər gün təhdidə və təcavüzə məruz qalır: “Strateji alternativlər əsasında düşünülməli, qərarlar verilməlidir. ABŞ-la strateji ittifaq dəyişir, Aİ daha müstəqil qərarlar qəbul etməlidir. Yaxın Şərqdəki vəziyyət, Venesuela, Qrenlandiya ilə bağlı fikir ayrılıqlarını görürük. Aİ ölkələri təhlükəsizlik və müdafiə sahəsində vəziyyəti düzəltməlidir, etibarlı tərəfdaşlıqlar qurulmalıdır. Vaxtilə Rusiyanın mədən yanacağından və Çinin ucuz mallarından asılı idik, düşünürəm bu vəziyyət bitib”.

Misirin keçmiş xarici işlər naziri, Ərəb Dövlətləri Liqasının sabiq Baş katibi Əmr Musa isə qlobal təhlükəsizliyə təhdidlərdən bəhs edib və vəziyyətin dəyişməli olduğunu bəyan edib: “Qlobal təhlükəsizlik ötən illərdə qlobal supergüclər tərəfindən müəyyən edilirdi, bu, belə davam edə bilməz. Qlobal Şimal və Qlobal Cənub arasında uçurum var”.

Avstriyanın sabiq Kansleri Sebastian Kurtsun sözlərinə görə, BMT-nin zəruriliyinə dəlalət edən amillər hamı üçün qəbul edilir, lakin BMT getdikcə köhnəlir və təsir gücünü itirir.

Avstriyanın sabiq Kansleri Alfred Quzenbauer qeyd edib ki, artıq Qərbə sırf liberal demokratiyanın keşiyində dayanan məkan kimi baxa bilmirlər, burada sadəcə Avropa İttifaqı qalıb.

Norveçin sabiq Baş naziri Kyell Magne Bondevik deyib ki, Avropa İttifaqı artıq tək qalıb, ABŞ tutduğu mövqelərdən, təşkilatlardan geri çəkilir: “Bu da təbii olaraq Avropanın bu gün daha çox həmrəy olmasına gətirib çıxarıb. Çünki tək qalmışıq. Düşünürəm ki, gələcəkdə regional təşkilatlar qlobal təşkilatlardan daha böyük rol oynayacaq - xüsusən də təhlükəsizlik məsələsində”.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Все новости