WUF13-ə hazırlıq çərçivəsində təbliğat-təşviqat görüşləri keçirildi

WUF13-ə hazırlıq çərçivəsində təbliğat-təşviqat görüşləri keçirildi
23.01.2026 13:27

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq çərçivəsində Efiopiyanın şəhər və infrastruktur naziri Çaltu Sani İbrahim, Əddis-Əbəbə meri Adaneç Abiebie, BMT-nin Afrika üzrə İqtisadi Komissiyasının icraçı katibi Klaver Qeytet, Afrika İttifaqının (Aİ) kənd təsərrüfatı, kənd inkişafı, mavi iqtisadiyyat və dayanıqlı ətraf mühit məsəlləri üzrə komissarı Moses Vilakati və digər rəsmilərlə görüşlər keçirilib.

Bu barədə TodayPress TV-yə Azərbaycanın Efiopiyadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, görüşlərdə Azərbaycanın Efiopiyadakı səfiri və Aİ yanında daimi nümayəndəsi Ruslan Nəsibov, Azərbaycanın Keniyadakı səfiri və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) yanında daimi nümayəndəsi Sultan Hacıyev və WUF-ların BMT tərəfindən əsas təşkilatçı qurumu olan UN-Habitatın Afrika üzrə regional ofisinin direktoru Oumar Sylla iştirak edib.

Bildirilib ki, görüşlərdə WUF13-ün mahiyyəti, hazırlıq prosesi, təşəbbüslər, planlaşdırılan tədbirlər və fəaliyyətlər, eləcə də iştirak və əməkdaşlıq imkanları barədə ətraflı məlumat verilib.

Eyni zamanda, "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusunda keçiriləcək forumun dayanıqlı şəhər inkişafı sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək, beynəlxalq tərəfdaşlarla birgə Azərbaycanın qlobal proseslərə töhfələrinin təqdim olunması baxımından əhəmiyyəti vurğulanıb.

Bundan başqa, qlobal şəhərsalma çempionu olaraq tanınan Azərbaycanın WUF13 çərçivəsində Afrika dövlətləri ilə sahə üzrə əməkdaşlıq maraqları barədə məlumat verilib.

Həmçinin, əksər görüşlərdə Azərbaycanın COP29, habelə dayanıqlı şəhərsalma və iqlim dəyişmələri proseslərinin əlaqəli təsirləri ilə bağlı əldə etdiyi təcrübə və təşəbbüslərinin Efiopiyanın COP32-yə ev sahibliyi üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb və bu çərçivədə əməkdaşlığa ciddi maraq ifadə olunub.

Azərbaycan nümayəndə heyəti, həmçinin, Keniyanın "Şəhər Yoxsulları üçün İqlimə Dayanıqlılığının Yaradılması" (BCRUP) təşəbbüsü üzrə beynəlxalq tərəfdaşların iştirakı ilə Əddis-Əbəbədə təşkil edilən tədbirə də qatılıb.

TodayPress TV

ФОТО

WUF13-ə hazırlıq çərçivəsində təbliğat-təşviqat görüşləri keçirildi — 1
WUF13-ə hazırlıq çərçivəsində təbliğat-təşviqat görüşləri keçirildi — 2
WUF13-ə hazırlıq çərçivəsində təbliğat-təşviqat görüşləri keçirildi — 3
WUF13-ə hazırlıq çərçivəsində təbliğat-təşviqat görüşləri keçirildi — 4
ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 В Азербайджане создадут единый орган в сфере медиа 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 Определится соперник «Карабаха» в Лиге Европы 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Neft ucuzlaşmağa davam edir 09:27 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Москва под ударом: украинские дроны атаковали столицу — ВИДЕО 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 Все новости