Tahir Budaqovla BMT rəsmisinin görüşü oldu

Tahir Budaqovla BMT rəsmisinin görüşü oldu
19.12.2025 07:34

Dekabrın 18-də Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovla BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi xanım Vladanka Andreyeva arasında görüş keçirilib.

TodayPress TV xəbər verir ki, görüşdə bünövrəsi Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə qoyulmuş və  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən keyfiyyətcə yeni mərhələyə yüksəldilmiş ölkəmizlə BMT arasındakı əməkdaşlıqdan, bu əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlərin, xüsusilə də “2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrasının, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Məlumatlandırma Portalının, “Milli Dayanıqlı İnkişaf Məqsədlərinin Monitorinq Sistemləri üzrə BMT-DSK Birgə İşçi Qrupu”nun yaradılmasının, BMT-nin Ölkə üzrə İdarə Heyəti (UNCT) və Dövlət Statistika Komitəsi arasındakı əməkdaşlıq çərçivəsində “DİM-lər üçün məlumatların dezaqreqasiyası” adlı praktiki vəsaitin hazırlanmasının statistikanın inkişafı istiqamətində mühüm addımlardan olduğu, BMT-nin Uşaq Fondunun dəstəyi ilə 2023-cü ildə keçirilmiş Çoxgöstəricili Klaster Sorğusu nəticəsində 18 DİM göstəricisi üzrə məlumatların əldə edildiyi bildirilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında imzalanmış 2026-2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi (UNSDCF) müzakirə edilmiş, milli statistika sistemlərinin gücləndirilməsi, DİM-lərin monitorinqi və hesabatlılığı istiqamətində fikir mübadiləsi aparılmışdır.

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov ölkəmizdə fəaliyyəti başa çatan BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi xanım Vladanka Andreyevaya faydalı əməkdaşlıq üçün təşəkkür etmiş və gələcək fəaliyyətində uğurlar arzulamışdır.

BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi xanım Vladanka Andreyeva səmimi görüşə görə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqova öz minnətdarlığını bildirmişdir.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Цены на нефть на мировых рынках выросли 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Скончался народный поэт Нариман Гасанзаде 09:20 В Польше обнаружили бронзовый меч возрастом около 3 тысяч лет 01:34 Россия до 2032 года… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Убил жену, после чего пошел в полицию и во всем признался — ПОДРОБНОСТИ 00:08 Трамп отдал приказ о новых ударах по Ирану — СРОЧНО 02:06 В Татарстане произошел взрыв на нефтехимическом комплексе 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Все новости