Tahir Budaqov Çinin Azərbaycandakı səfiri ilə görüşdü

Tahir Budaqov Çinin Azərbaycandakı səfiri ilə görüşdü
14.08.2025 15:04 Xarici siyasət

Avqustun 14-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey arasında görüş keçirilib.

Bu barədə TodayPress TV-yə YAP-dan məlumat verilib.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının Baş katibi Si Cinpinin birgə fəaliyyəti sayəsində iki ölkə arasında əlaqələrin yüksək inkişaf səviyyəsinə çatdığı qeyd olunub. Prezident İlham Əliyevin cari ilin aprel ayında bu ölkəyə rəsmi dövlət səfəri çərçivəsində Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın imzalanmasının əlamətdar hadisə olduğu və gələcək əməkdaşlıq üçün geniş imkanlar yaratdığı xüsusi vurğulanıb.

İki ölkənin həm ikitərəfli qaydada, həm də beynəlxalq müstəvidə uğurlu əməkdaşlığının təsdiqi olaraq Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olan Azərbaycanın tranzit imkanlarının Orta Dəhlizin inkişafına töhfə verdiyi, eləcə də Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin genişləndirilməsinin rəsmi Pekin tərəfindən dəstəkləndiyi diqqətə çatdırılıb.

Görüş zamanı Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əlaqələrin sürətli inkişafından, fəal siyasi dialoq və təcrübə mübadiləsinə önəmli töhfə verən qarşılıqlı səfərlərin intensiv xarakter almasından məmnunluq ifadə olunub, ötən ilin noyabrında YAP nümayəndə heyətinin Çinə səfəri zamanı iki partiya arasında imzalanmış əməkdaşlıq memorandumundan irəli gələn vəzifələrin uğurla icra edildiyi bildirilib.

Görüşdə cari ildə nəzərdə tutulan tədbirlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

FOTOLAR

Tahir Budaqov Çinin Azərbaycandakı səfiri ilə görüşdü — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər