Slovakiya Prezidenti İlham Əliyevə təbrik məktubu göndərdi

Slovakiya Prezidenti İlham Əliyevə təbrik məktubu göndərdi
02.06.2025 14:34 Xarici siyasət

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycan lideri İlham Əliyevə təbrik məktubu göndərib. 

TodayPress TV xəbər verir ki, məktubda deyilir: 

"Zati-aliləri, cənab Prezident. 

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Slovakiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. 

Slovakiya ilə Azərbaycan arasında münasibətlərin uzun illərdir dostluq və qarşılıqlı hörmət əsasında inkişaf etdiyini, gələcək əməkdaşlıq üçün böyük potensial yaratdığını məmnuniyyətlə qeyd edirəm.

Strateji tərəfdaşlığımızın bu əlaqələri daha da möhkəmləndirərək yeni imkanlar yaratmasını yüksək qiymətləndirirəm. 

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün ölkənizə səfərimi və şəxsən görüşümüzü xoş duyğularla xatırlayıram.

Sizi Slovakiyada eyni yüksək qonaqpərvərliklə salamlamaq fürsətini səbirsizliklə gözləyirəm.

Əminəm ki, görüşümüz ikitərəfli əlaqələrimizin uğurlu inkişafına mühüm təkan verəcəkdir. 

Zati-aliləri, Sizə və bütün Azərbaycan xalqına möhkəm cansağlığı, əmin-amanlıq, sabitlik, uğurlar və rifah arzulayıram. 

Bratislavada görüşümüzü və səmərəli müzakirələrimizi səbirsizliklə gözləyirəm.  Zati-alinizə ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

XƏBƏR LENTİ
31 IYUL 2026
Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhədləri yenidən bağladı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Bütün Xəbərlər