Sabah Bakıda Azərbaycan-İraq Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Sabah Bakıda Azərbaycan-İraq Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
03.12.2025 21:00

Dekabrın 4-də Bakıda Azərbaycan və İraq arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın dördüncü iclası keçiriləcək.

TodayPress TV xəbər verir ki, Azərbaycan tərəfindən komissiyanın həmsədri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, İraq tərəfindən isə rabitə naziri Xəyyam Əl-Yəsridir.

Xəyyam Əl-Yəsri bu gündən etibarən Bakıda səfərdədir. Daha əvvəl bildirildiyi kimi, səfər çərçivəsində iki ölkə arasında imzalanmış saziş və anlaşma memorandumlarının icra vəziyyəti müzakirə olunacaq.

Səfər iqtisadi və investisiya sahələrində strateji tərəfdaşlığın gücləndirilməsinə, habelə rabitə və rəqəmsal inkişaf sahələrində əməkdaşlığın yeni imkanlarının araşdırılmasına yönəlib.

Xatırladaq ki, hökumətlərarası komissiyanın əvvəlki, yəni üçüncü iclası 2023-cü ilin dekabrında Bağdadda keçirilib.

2024-cü ilə olan məlumata görə, Azərbaycanda müxtəlif sektorlarda təxminən 170 İraq şirkəti fəaliyyət göstərir. Azərbaycan şirkətləri də İraqda böyük infrastruktur layihələrində podratçı qismində iştirak ediblər. İraqda tikinti, enerji təchizatı, su təminatı, yol və körpülərin çəkilməsi kimi sahələrdə tələbatın mövcudluğu şirkətlərin fəaliyyəti üçün yeni imkanlar açır.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Müəllimlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunur 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 В Азербайджане создадут единый орган в сфере медиа 10:08 Все новости