Rumıniyada imzalanacaq saziş Orta Dəhlizin əhəmiyyətini artıracaq

Rumıniyada imzalanacaq saziş Orta Dəhlizin əhəmiyyətini artıracaq
01.12.2025 20:40

Konstansada imzalanacaq saziş Orta Dəhlizin əhəmiyyətini artıracaq.

TodayPress TV xəbər verir ki, bunu Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare Bakıda Rumıniyanın milli bayramı münasibətilə bağlı qəbulda deyib.

“34 il ərzində Rumıniya–Azərbaycan əməkdaşlığı bir çox sahələrdə, o cümlədən siyasi-diplomatik, iqtisadi, enerji, nəqliyyat və kommunikasiya, mədəniyyət və təhsil sahələrində, həm də iki cəmiyyət və xalqlar səviyyəsində nəzərəçarpacaq dərəcədə inkişaf edib. Nəqliyyat və kommunikasiya sahəsində Rumıniya–Gürcüstan–Azərbaycan–Türkmənistan arasında Qara dəniz–Xəzər dənizi Beynəlxalq Nəqliyyat Marşrutunun yaradılması ilə bağlı Hökumətlərarası Sazişin tezliklə Konstansada imzalanması şübhəsiz ki, Orta Dəhlizin əhəmiyyətinin artmasına, eləcə də Bakı və Konstansa limanlarının Avropa ilə Qafqaz və Orta Asiya arasında birbaşa bağlantını təmin edə biləcək nəqliyyat mərkəzləri kimi xəritəyə daxil edilməsinə töhfə verəcək”, - səfir qeyd edib.

Diplomat Azərbaycanla Rumıniya arasında əməkdaşlığın gücləndiyini bildirib və ölkəmizin beynəlxalq nüfuzunun artdığını qeyd edib: “Rumıniya Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizlik mühitinin əldə edilməsinə yönəlmiş səylərində Azərbaycanın dostu və vicdanlı tərəfdarı olub və olmağa davam edir. Azərbaycan Respublikası bu gün həm öz daxili dinamikası, həm də beynəlxalq səviyyədə potensialı ilə iddialı hədəflərə sahib bir dövlət kimi özünü təsdiqləməkdədir və bu fürsətdən istifadə edərək səmimi təbriklərimizi çatdırıram”.


TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş ləğv edilir 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 В Азербайджане создадут единый орган в сфере медиа 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 Определится соперник «Карабаха» в Лиге Европы 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Все новости