Qazaxıstan Prezidenti Azərbaycan ilə Ermənistan arasında Vaşinqton sazişlərinin tarixi əhəmiyyətini vurğuladı

Qazaxıstan Prezidenti Azərbaycan ilə Ermənistan arasında Vaşinqton sazişlərinin tarixi əhəmiyyətini vurğuladı
21.10.2025 13:14 Xarici siyasət

Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxış edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan ilə Ermənistan arasında Vaşinqton sazişlərinin tarixi əhəmiyyətini vurğulayıb.

TodayPress TV xəbər verir ki, Qazaxıstan dövlətinin başçısı deyib:

“Azərbaycan ilə Ermənistan arasında münaqişənin sülh yolu ilə nizamlanmasına dair Bəyannamənin tarixi əhəmiyyətini ayrıca qeyd etmək istərdim. ABŞ Prezidenti Donald Trampın haqlı olaraq qeyd etdiyi kimi, çox güclü mövqedə olmağınıza baxmayaraq, belə mühüm sənədin imzalanmasına getdiniz və bu, Azərbaycanın və rəhbərlik etdiyiniz Azərbaycan xalqının xüsusi mövqeyindən, öz potensialına inamından xəbər verir. Nümayiş etdirdiyiniz güclü siyasi iradə və strateji baxış mürəkkəb məsələlərin həllinə müdrik yanaşmanın və gələcək nəsillərin taleyi üçün məsuliyyətin parlaq nümunəsi kimi çıxış edir”.

Prezident Tokayev, həmçinin vurğulayıb ki, iki ölkə arasında əldə olunan razılaşmalar bütün regionda və onun hüdudlarından kənarda əməkdaşlıq üçün yeni üfüqlər açır.

XƏBƏR LENTİ
31 IYUL 2026
“Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Bütün Xəbərlər