Prezidentin köməkçisi: "Çin-Azərbaycan münasibətləri hərtərəfli strateji tərəfdaşlığa əsaslanır"

Prezidentin köməkçisi: "Çin-Azərbaycan münasibətləri hərtərəfli strateji tərəfdaşlığa əsaslanır"
31.08.2025 09:56 Xarici siyasət

"Çin-Azərbaycan münasibətləri hərtərəfli strateji tərəfdaşlığa əsaslanır və bir çox sahələrdə dinamik inkişaf edir".

TodayPress TV APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan və Çinin çox gözəl siyasi əlaqələri var: “Əlaqələrimizin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin bu il Çinə dövlət səfəri mühüm rol oynadı. Bu gün həmçinin Çin Xalq Respublikasının sədri Si Cinpin ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında daha bir səmərəli görüş oldu. Onlar bir-birlərini “Mənim əziz dostlarım” adlandırır. Bu ruh bir daha Çin və Azərbaycan arasındakı dostluq əlaqələrinin təcəssümüdür. Azərbaycan həmişə tək Çin siyasətini dəstəkləyib. Biz Çinin Tayvan, Honq-Konq və Sincan bölgəsi ilə bağlı siyasətini dəstəkləyirik”.

Azərbaycan və Çinin terrorizm, ekstremizm və separatizmlə mübarizədə səylərini qeyd edən Hikmət Hacıyev deyib ki, Çin və Azərbaycan ölkələrin daxili işlərinə qarışmama və ölkələrin iqtisadi inkişaf modeli üçün suveren seçim prinsiplərini rəhbər tuturlar: “Bu siyasi ruh həm də ölkələrimiz arasında iqtisadi-ticari əlaqələr, texnoloji əməkdaşlığa çevrilir. Bu gün Azərbaycan Prezidenti Çinin enerji, bərpa olunan enerji texnologiyası, rabitə, bir çox başqa sahələr üzrə aparıcı şirkətləri ilə görüşlər keçirəcək. Ümid edirik ki, bu səfər Çin-Azərbaycan iqtisadi-ticarət əlaqələrinin gələcək inkişafına səmərəli töhfə verəcək”.

XƏBƏR LENTİ
31 IYUL 2026
“Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Bütün Xəbərlər