Prezident Xankəndidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdü

Prezident Xankəndidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdü
04.07.2025 18:50 Xarici siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də Xankəndidə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

TodayPress TV xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün yüksək səviyyədə keçirildiyini vurğuladı.

Dövlətimizin başçısı Zirvə görüşündə iştirak etdiyinə görə Türkiyə Prezidentinə minnətdarlığını bildirdi.

Söhbət zamanı qardaşlıq və strateji müttəfiqlik münasibətlərimizin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi.

Rəcəb Tayyib Ərdoğan bir daha vurğuladı ki, qardaş Türkiyə hər zaman və hər bir məsələdə qardaş Azərbaycanın yanındadır. Türkiyə Prezidenti qeyd etdi ki, bu, həmişə belə olub və bundan sonra da belə olacaqdır.

Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanın bu sözlərinə görə təşəkkürünü bildirərək öz növbəsində vurğuladı ki, Azərbaycan da həm sevincli, həm də kədərli günlərdə həmişə qardaş Türkiyənin yanındadır.

Azərbaycan və Türkiyə prezidentləri, həmçinin əməkdaşlığımızın perspektivlərinə və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi apardılar.

FOTOLAR

Prezident Xankəndidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdü — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər