Prezident Slovak heyəti qəbul etdi

Prezident Slovak heyəti qəbul etdi
13.05.2026 11:51

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

TodayPress TV xəbər verir ki, Prezident İlham Əliyev ötən il Slovakiyaya rəsmi səfəri çərçivəsində keçirdiyi görüşləri, o cümlədən Rixard Raşi ilə görüşünü məmnunluqla xatırladı.

Müxtəlif sahələri əhatə edən əməkdaşlığımızın inkişafını vurğulayan dövlətimizin başçısı qarşılıqlı hörmətə, dostluğa və tərəfdaşlığa əsaslanan ikitərəfli əlaqələrimizin genişlənməsində parlamentlərimiz arasındakı münasibətlərin roluna toxundu.

Prezident İlham Əliyev Rixard Raşinin böyük nümayəndə heyəti ilə ölkəmizə səfərə gəlməsinin önəmini qeyd edərək, bildirdi ki, bu, tərəfdaşlığımızın daha bir göstəricisidir.

Qəbula görə nümayəndə heyəti adından minnətdarlığını ifadə edən qonaq dövlətimizin başçısı ilə görüşdən şərəf hissi keçirdiklərini dedi.

Rixard Raşi Azərbaycan Prezidentinə Slovakiyaya ilk rəsmi səfər etdiyinə görə minnətdarlığını bildirdi.

Dəfələrlə ölkəmizə səfər etdiyini məmnunluqla xatırlayan qonaq 2022-ci ildə Azərbaycana səfəri çərçivəsində Şuşada olduğunu dedi. O bildirdi ki, bu səfəri əsnasında da Qarabağa gedəcək, orada aparılan bərpa-quruculuq işləri, həmçinin Xankəndidə Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olacaq.

Rixard Raşi Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə əlaqədar əldə olunmuş nailiyyətlər münasibətilə dövlətimizin başçısını təbrik etdi.

Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev sülhün gücləndirilməsi üçün ölkəmiz tərəfindən görülən tədbirlərdən danışdı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da daxil olmaqla ölkələrimiz arasında ticarət münasibətlərinin yaradıldığını dedi.

Söhbət zamanı Azərbaycanla Slovakiya arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulduğu vurğulanaraq, siyasi əlaqələrimizin yüksək səviyyədə olduğu qeyd edildi.

Slovakiya şirkətlərinin Ağdamın Baş Qərvənd kəndinin yenidən qurulmasında iştirakına toxunularaq, bunun Azərbaycan-Slovakiya dostluğunun göstəricisi olduğu vurğulandı.

Görüşdə beynəlxalq parlamentlərarası təsisatlar çərçivəsində əməkdaşlıq müzakirə olundu, iqtisadi-ticari, enerji, müdafiə sənayesi, təhsil, humanitar, müasir texnologiyalar, mədəniyyət, idman, turizm və digər sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Tezliklə Bakı ilə Bratislava arasında birbaşa uçuşların həyata keçiriləcəyi bildirilərək, bunun turizm və insanlararası təmasların genişlənməsinə töhfə verəcəyi qeyd olundu.

TodayPress TV

ФОТО

Prezident Slovak heyəti qəbul etdi — 1
Prezident Slovak heyəti qəbul etdi — 2
Prezident Slovak heyəti qəbul etdi — 3
Prezident Slovak heyəti qəbul etdi — 4
Prezident Slovak heyəti qəbul etdi — 5
Prezident Slovak heyəti qəbul etdi — 6
Prezident Slovak heyəti qəbul etdi — 7
Prezident Slovak heyəti qəbul etdi — 8
ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Цены на нефть на мировых рынках выросли 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Скончался народный поэт Нариман Гасанзаде 09:20 В Польше обнаружили бронзовый меч возрастом около 3 тысяч лет 01:34 Россия до 2032 года… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Убил жену, после чего пошел в полицию и во всем признался — ПОДРОБНОСТИ 00:08 Трамп отдал приказ о новых ударах по Ирану — СРОЧНО 02:06 В Татарстане произошел взрыв на нефтехимическом комплексе 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Все новости