Prezident Özbəkistan Prezidenti ilə görüşdü

Prezident Özbəkistan Prezidenti ilə görüşdü
18.05.2026 17:41

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.

TodayPress TV xəbər verir ki, dövlətimizin başçısı Şavkat Mirziyoyevə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak etdiyinə görə minnətdarlığını bildirdi və qeyd etdi ki, Özbəkistan Prezidentinin burada olması dövlətlərimiz və xalqlarımız arasında qardaşlıq və dostluq əlaqələrinin göstəricisidir.

Şavkat Mirziyoyevlə görüşlərini xatırladan Prezident İlham Əliyev bu görüşlər əsnasında müzakirə olunmuş layihələrin həyata keçirildiyini dedi.

Dövlətimizin başçısı Bakıda Özbəkistan parkının inşasını da qeyd etdi.

Dost və qardaş Azərbaycanda olmaqdan məmnunluğunu bildirən Şavkat Mirziyoyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Bakıda keçirilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi, bu tədbirin şəhərsalma mövzusuna həsr olunan mühüm qlobal məsələlərin müzakirəsinə imkan yaratdığını vurğuladı və dəvətə görə təşəkkür etdi.

Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi.

Ölkəmizə hər səfərində inkişafın şahidi olduğu deyən Özbəkistan Prezidenti Azərbaycanın Qarabağda yeni şəhərlər və kəndlər saldığını məmnunluqla vurğuladı və bunu Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış uğurlar kimi qiymətləndirdi.

Şavkat Mirziyoyev dedi ki, dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizin qazandığı uğurlar, Vətən müharibəsində qazanılan Qələbə Prezident İlham Əliyevin səylərinin və Vətənə, xalqa sevgisinin nəticəsidir.

Xoş sözlərə görə təşəkkür edən dövlətimizin başçısı Qarabağın bərpasında Özbəkistan Prezidentinin göstərdiyi dəstəyi qeyd etdi. Bu xüsusda vurğulandı ki, Füzulidə Özbəkistan tərəfindən inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb Qarabağın bərpası prosesində ilk hədiyyə olub. Prezident İlham Əliyev bunu qardaşlığın, dəstəyin və həmrəyliyin təcəssümü kimi qiymətləndirdi.

Söhbət zamanı Azərbaycan Prezidentinin Özbəkistana, Özbəkistan Prezidentinin isə ölkəmizə səfərləri, həmçinin görüşləri məmnunluqla xatırlandı.

Dövlət başçılarının verdikləri tapşırıqlara uyğun olaraq iki ölkə arasında həyata keçirilən iqtisadi layihələr bir daha nəzərdən keçirildi, onların icrasından məmnunluq ifadə olundu. Bu xüsusda energetika, mədən sənayesi, kənd təsərrüfatı, maşınqayırma sənayesi, əczaçılıq və digər sahələrdə olan layihələrə toxunuldu.

Ölkələrimiz arasında əlaqələrin strateji müttəfiqlik xarakteri daşıdığı vurğulanaraq, bütün sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyi məmnunluqla qeyd olundu.

TodayPress TV

ФОТО

Prezident Özbəkistan Prezidenti ilə görüşdü — 1
Prezident Özbəkistan Prezidenti ilə görüşdü — 2
Prezident Özbəkistan Prezidenti ilə görüşdü — 3
Prezident Özbəkistan Prezidenti ilə görüşdü — 4
Prezident Özbəkistan Prezidenti ilə görüşdü — 5
Prezident Özbəkistan Prezidenti ilə görüşdü — 6
Prezident Özbəkistan Prezidenti ilə görüşdü — 7
ЛЕНТА НОВОСТЕЙ
02 августа 2026
Putinin generalına sui-qəsd cəhdi - DETALLAR - FOTO 18:22 Sabah sərhədlər açıla bilər - Rubinyan mesaj verdi 17:58 Trampdan sonra hakimiyyətə gəlmək istəyən Vensin önünü nə kəsir? 17:34 Meteohəssas insanların DİQQƏTİNƏ! 17:11 Hacıqabulda dəhşətli qəza: Sürücü sağ qaldı, həyat yoldaşı isə… 16:43 44 meşə yanğını ilə bağlı 6 həbs - Ədliyyə naziri detalları açıqladı 15:54 Yuanın ticarətdəki payı artır - Beynəlxalq ödənişlərdə yeni mərhələ 15:44 Gürcüstan ABŞ ilə münasibətləri yenidən qurur - Baş nazirdən rəsmi açıqlama 15:26 401-ci briqada cənubi Livandan çəkilir? - İsrail ordusu son nəticələri açıqladı 15:21 Xocavənddə mina partladı, əməkdaş yaralandı 15:16 Ermənistan Prezidenti Paşinyanı Baş nazir təyin etdi 14:24 "Qəbələ" Artur Mottanı heyətinə qatdı 14:57 Yeni Zelandiyada 5,6 bal gücündə zəlzələ baş verdi 14:17 Tehran Qətərin vasitəçilik iddialarını təkzib etdi: "Hörmüz boğazı açılmayacaq" 14:08 Afrikanın ən böyük nəqliyyat infrastrukturlarından birinə Trampın adı qoyuldu – Detallar 13:47 Avqustun 3-də hava necə olacaq? 12:54 Cənubi Koreyada tarixi anomal isti - Milli rekord yeniləndi 11:48 Tramp və Məhəmməd bin Salman Yaxın Şərqdəki vəziyyəti dəyərləndirdilər 12:25 Kartdan-karta köçürmələrə YENİ LİMİT - Bu tarixdən etibarən... 12:30 Azərbaycan istehsalı olan “Addım” filmi beynəlxalq festivala vəsiqə qazandı 12:09 İsrail Qəzzada HƏMAS-ın iki yüksəkvəzifəli üzvünü hədəf aldı 11:31 Macarıstan tarixdə İLK - Pakş AES fəaliyyətini dayandırır 09:48 İlham Əliyev və Mehriban Əliyeva Nəriman Həsənzadənin vida mərasiminə əklil göndərib 11:03 Ermənistan hökuməti istefa verdi 10:49 Rusiya və Ukrayna arasında danışıqlar bərpa olunur - Rubio elan etdi 09:33 Все новости