Prezident: Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa iki dövlət tanımırıq

Prezident: Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa iki dövlət tanımırıq
13.07.2026 09:49

Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan iki dövlətdir.

TodayPress TV xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.

“Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan iki dövlətdir. Siyasi, iqtisadi, enerji, nəqliyyat əlaqələri və insanlar arasında münasibətlərin səviyyəsinə baxsanız, yəqin ki, dünyada bir-birinə Türkiyə və Azərbaycan qədər yaxın, bir-birini bu qədər dəstəkləyən və dost olan başqa iki ölkə tapmaq çətindir. Bu, xalqlarımız və dövlətlərimiz üçün böyük sərvətdir. Biz birlikdə daha güclüyük. Bu, həm də regional sabitlik və əməkdaşlıq, o cümlədən bayaq toxunduğum nəqliyyat bağlantıları baxımından mühüm amildir. Eyni zamanda, təhlükəsizliyin təmin olunmasında da mühüm rol oynayır. Çünki beş il əvvəl burada – Şuşada Türkiyə Prezidenti ilə birlikdə Şuşa Bəyannaməsini imzaladıq və bu sənəd münasibətlərimizi müttəfiqlik səviyyəsinə yüksəltdi. Beləliklə, biz təkcə qardaş və dost deyilik, həm də müttəfiqlərik. Əgər tərəflərdən birinin başına xoşagəlməz hadisə gəlsə, digəri bütün imkanları, o cümlədən hərbi potensialı ilə qardaşını müdafiə etmək üçün onun yanında olacaq. Bu, etnik köklərin, ortaq mədəniyyətin və ümumi tarixin dövlətlər arasında bu qədər sıx siyasi münasibətlər formalaşdırdığı çox nadir nümunələrdəndir.

Əminəm ki, eyni və ya oxşar etnik köklərə və eyni dil ailəsinə mənsub olan xalqların belə münasibətlər qura bilmədiyi çoxsaylı nümunələri bilirsiniz. Əksinə, bəzən demək olar ki, eyni dildə danışan xalqlar bir-biri ilə müharibə aparırlar. Eyni dini paylaşan xalqların da qarşıdurmaya girdiyini görürük. Buna görə də Türkiyə–Azərbaycan münasibətləri qonşu ölkələr tərəfindən öyrənilməli və nümunə götürülməlidir. Qonşular bir-birini anlamalı və qarşılıqlı hörmət etməlidirlər”, - dövlət başçısı qeyd edib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
13 июля 2026
Prezident IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak etdi - YENİLƏNDİ 08:58 İran ağır bombardman altında, Rusiya qırıcılarını köməyə göndərdi 12:03 Prezidentin ifşa etdiyi ermənisevər, korrupsioner Okampo kimdir? 12:02 Azərbaycana nifrət edən Qamsaxurdiya qatarda necə öldürüldü? 12:00 Milli Məclisin növbəti iclası başladı: Gündəlikdə 22 məsələ var 11:54 Sensasion rəqəm: Paytaxt istiqamətinə 350-dən çox PUA uçur... 11:52 Dövlət Bayrağı Meydanında qəzaya səbəb olub sürücüyü ağır yaralayanlar hadisə yerindən necə qaçdı? GÖRÜNTÜLƏR 11:46 İran qonşu dövlətləri vuracaq - Siyahıda kimlər var? 11:45 Prezident Monteneqrolu həmkarını təbrik etdi 11:41 Ermənistanın gizli planı Tovuzda belə darmadağın edildi – 6 il əvvəl baş verənlər 11:15 İranın vurduğu ABŞ bazası alovlar içində qaldı - VİDEO 11:34 „Зангезурский коридор — важный проект“, — Президент 11:29 Анкарский саммит НАТО продемонстрировал невероятную мощь Турции: против Турции начался "Крестовый поход" 11:16 Haluk Leventin dərnəyinin istintaqında yeni detal: 26 şübhəlinin adı məlum oldu 11:15 Радостная весть для пенсионеров: выплаты могут увеличиться — Важная деталь 11:09 Azərbaycan bu ərazilərin azad olunmasını tələb etdi 10:57 Azərbaycan Ukraynaya dəstəyini ifadə elədi - Prezidentdən açıq mətn 10:52 Gürcüstanda 15 yaşlı azərbaycanlı yeniyetmə öldürüldü - SƏBƏB 10:49 Путин нанёс Америке удар в самое сердце: „Вы убиваете доллар...“ 10:37 Prezident: İndiki şəraitdə Ermənistan etibarlı yanacaq mənbəyinə malikdir və bu mənbə Azərbaycandır 10:29 Почему имя армянина, убившего молодую актрису, держалось в секрете? 10:20 Скандальная верующая женщина объявила войну Азербайджану: «Мы совершили хиджру из Азербайджана в Иран ради спокойной жизни...» 10:16 Prezident: Azərbaycan-ABŞ münasibətləri hazırda pik səviyyədədir 10:05 İlham Əliyev: "907-ci düzəliş" ermənipərəst senatorlar tərəfindən irəli sürülmüşdü 10:03 Qonşularımızla əlaqələrimiz əladır - İlham Əliyev 09:55 Все новости