Prezident: Azərbaycan-ABŞ münasibətləri hazırda pik səviyyədədir
Azərbaycan-ABŞ münasibətləri artıq strateji tərəfdaşlıq səviyyəsinə qaldırılıb.
TodayPress TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib.
Dövlət başçısı Prezident Donald Trampla həm ötən ilin avqustunda Vaşinqtondakı, həm bu ilin yanvarında Davosdakı görüşlərini və Vitse-prezident Cey Di Vensin Azərbaycana səfərini xatırladaraq iki ölkə arasındakı münasibətlərə toxunub:
"Bütün bu meyarlar nümayiş etdirir ki, Azərbaycan-ABŞ münasibətləri hazırda pik səviyyədədir. Bu cür münasibətə biz heç vaxt nail olmamışdıq. Biz strateji tərəfdaşlıq bəyannaməsinin bütün müddəalarının həyata keçirilməsinə çalışırıq".
Prezident deyib ki, ABŞ Azərbaycana silahların çatdırılması ilə bağlı bütün məhduduyyətləri aradan qaldırıb, eyni addım Birləşmiş Krallıq və Aİ üzvləri tərəfindən tətbiq edilib:
"Düşünürəm ki, bu, ikitərəfli münasibətimizin bütün ruhunu əks etdirir və gələcəyə doğru inkişaf potensialımızı göstərir".