Prezident: Artıq Azərbaycan ilə Ermənistan sülh şəraitində yaşayır və ticarət münasibətləri qururlar

Prezident: Artıq Azərbaycan ilə Ermənistan sülh şəraitində yaşayır və ticarət münasibətləri qururlar
04.07.2026 10:35

"Son dövrdə Azərbaycan-Birləşmiş Ştatları münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur".

TodayPress TV xəbər verir ki, Prezident İlham Əliyev bunu ABŞ Prezidenti Donald Trampa ünvanladığı təbrik məktubunda qeyd edib.

"Biz iki ölkə arasında təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir, dövlətlərarası əlaqələrimizin güclənməsinə daim verdiyiniz böyük önəmə və dəstəyə görə Sizə minnətdarlığımızı bildiririk. Fevral ayında imzalanan və münasibətlərimizi keyfiyyətcə yeni mərhələyə qaldıran Strateji Tərəfdaşlıq Xartiyasının iqtisadiyyat, enerji, bağlantılar, təhlükəsizlik kimi ənənəvi sahələrlə yanaşı, rəqəmsal transformasiya, süni intellekt və digər mühüm istiqamətlər üzrə tərəfdaşlığın inkişaf etdirilməsinə təkan verəcəyinə əminliyimi ifadə edirəm.

Biz Sizin Cənubi Qafqazda sülh gündəliyinin təşviqi və dayanıqlı inkişafın təmin edilməsi istiqamətində qətiyyətli səylərinizi də son dərəcə yüksək qiymətləndiririk. Keçən ilin avqustun 8-də Ağ Evdə Sizin təşəbbüsünüzlə baş tutmuş tarixi üçtərəfli görüşün nəticələri regionumuzda tamamilə yeni müsbət ab-hava və vəziyyət yaratdı. Artıq Azərbaycan ilə Ermənistan sülh şəraitində yaşayır və ticarət münasibətləri qururlar. Eyni zamanda regionda sabitliyə və rifaha xidmət edən infrastruktur layihələrinin, xüsusilə də Asiya ilə Avropa arasında alternativ, etibarlı və təhlükəsiz bağlantını təmin edəcək “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”nun reallaşmasına ölkənizin göstərdiyi davamlı dəstəyini xüsusi qeyd etmək istərdim", - Prezident vurğulayıb.



ЛЕНТА НОВОСТЕЙ
19 августа 2026
Kolumbiyada zəlzələ qurbanlarının sayı artır 02:33 “Üçüncü Dünya müharibəsi Avropanı məhv edəcək” – Belarus rəsmisindən proqnoz 01:56 Suriyada qaz boru kəmərində PARTLAYIŞ 02:17 Tramp Kanada ilə ticarət müharibəsində geri addım atır? - DETALLAR 02:08 Netanyahudan Suriyaya XƏBƏRDARLIQ- Türkiyə qoşunları narahatlıq yaratdı 01:47 Tramp İrana qarşı strategiyanı dəyişdi: Danışıqlar DAYANDIRILDI! 02:26 Tehran susmadı! BƏƏ-nin raket iddiasına reaksiya verdi 01:36 Çempionlar Liqası: “Fənərbağça” “Lion”la heç-heçə etdi 01:24 BƏƏ-dən gözlənilməz QƏRAR: İranla bütün əlaqələr DONDURULDU 00:49 Türkiyədə zəlzələ baş verdi 00:43 BƏƏ Müdafiə Nazirliyi İrandan atılan raketlə bağlı açıqlama yaydı 00:13 Ukraynada bir aydır davam edən etirazlardan sonra Fedorov danışdı 23:57 Türkiyədə qohum ailələr arasında silahlı qarşıdurma: Ölən və yaralananlar var 23:46 Yunanıstanda eyni anda bir neçə meşə yanğını başladı 23:26 Moskva Bakıya mesaj verdi: “Bu, Rusiyanın mövqeyi deyil” 23:32 ABŞ Yaxın Şərqdən çəkilir? - Pentaqonun planı üzə çıxdı 23:15 Bu ərazilərdə işıq OLMAYACAQ 22:55 İran-Azərbaycan münasibətlərində yeni səhifə: Əraqçidən AÇIQLAMA 22:57 Trampın Şimali Koreya siyasətinə BMT-dən cavab gəldi 22:47 Belarus sərhədində DƏHŞƏTLİ statistika: 96 miqrant öldü 22:25 Azərbaycana qarşı açıqlamaları ilə tanınan Rusiya rəsmisi istefa verdi! 22:30 70 mindən çox miqrantdan sonra sərhədlərlə bağlı YENİ QƏRAR 22:06 BMT İsrailə “dur” dedi: Suriyaya zərbələrə kəskin reaksiya 21:58 Türkiyədən İsrailə SƏRT REAKSİYA: “Suriyanın ərazi bütövlüyünü pozur!” 21:34 Ayxan Cavadov finala vəsiqə qazandı 21:27 Все новости