Leyla Əliyeva ÜST-nin yüksək səviyyəli tədbirində videokonfrans formatında iştirak etdi

Leyla Əliyeva ÜST-nin yüksək səviyyəli tədbirində videokonfrans formatında iştirak etdi
12.06.2025 15:33 Xarici siyasət

İyunun 11-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva İslandiyanın paytaxtı Reykyavikdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisinin təşəbbüsü ilə keçirilən İqlim və Sağlamlıq üzrə Pan-Avropa Komissiyasının açılış iclasında və ilk hibrid dinləməsində videobağlantı vasitəsilə iştirak və çıxış edib.

TodayPress TV xəbər verir ki, Leyla Əliyeva çıxışı zamanı COP29-un ev sahibi Azərbaycanın bu sahədə atdığı addımlar, qazandığı təcrübə və həyata keçirdiyi təşəbbüslər barədə məlumat verib. Bildirib ki, iqlim dəyişikliyi təkcə ekoloji deyil, eyni zamanda, ictimai sağlamlıq baxımından da ciddi qlobal çağırışlardan biridir. O, ölkəmizdə su ehtiyatlarının idarə olunması, ətraf mühitin mühafizəsi və iqlimə davamlılıq üzrə reallaşdırılan layihələrdən bəhs edib.

Leyla Əliyeva, həmçinin IDEA İctimai Birliyi tərəfindən irəli sürülən müxtəlif təşəbbüslərlə gənclərin iqlim və sağlamlıq mövzularında fəallığının artırılmasının vacibliyini qeyd edib və beynəlxalq təşkilatları bu istiqamətdə geniş əməkdaşlığa çağırıb.

Sonra tədbirdə çıxış edən ÜST-nin Avropa üzrə regional direktoru Hans Kluge Azərbaycanın COP29 çərçivəsində göstərdiyi liderliyi və təşəbbüskarlığı yüksək qiymətləndirdiklərini bildirib. O vurğulayıb ki, Azərbaycan yalnız regionda deyil, həm də beynəlxalq səviyyədə iqlim dəyişikliyi ilə mübarizədə fəal mövqe tutur və nümunəvi yanaşmalar nümayiş etdirir. Hans Kluge, həmçinin iqlim dəyişikliyi və ictimai sağlamlıq sahələrində həyata keçirilən layihələrə verdiyi töhfələrə görə Leyla Əliyevaya təşəkkürünü ifadə edib.

Qeyd edək ki, ÜST-ün Avropa üzrə Regional Ofisi tərəfindən yaradılan İqlim və Sağlamlıq üzrə Pan-Avropa Komissiyasının məqsədi iqlim dəyişikliyinin insan sağlamlığına təsirlərini diqqət mərkəzinə gətirmək, sahələrarası əməkdaşlığı gücləndirmək və bu istiqamətdə konkret fəaliyyət mexanizmləri formalaşdırmaqdır. Reykyavikdə keçirilən rəsmi açılış iclası ilə Komissiya öz fəaliyyətinə rəsmən start verib.

XƏBƏR LENTİ
16 IYUN 2026
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Bütün Xəbərlər