Latviyada Zəfər Günü qeyd edildi

Latviyada Zəfər Günü qeyd edildi
06.11.2025 22:50

8 noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə Azərbaycanın Latviyadakı səfirliyinin təşkilatçılığı ilə Riqa şəhərinin ən tanınmış mədəniyyət ocaqlarından biri olan "Splendid Palace" kinoteatrında isveçli rejissor Mikael Silkeberqin "Xarıbülbül əfsanəsi" sənədli filminin nümayişi keçirilib.

TodayPress TV xəbər verir ki, tədbirdə Latviya Seyminin deputatları, Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının rəsmiləri, xarici diplomatik missiyaların rəhbərləri, yerli akademik, mədəni, ictimai və dini dairələrin nümayəndələri, Latviyada yaşayan Azərbaycan icmasının üzvləri, eləcə də bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbirin açılışında çıxış edən Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü münasibətilə həmvətənlilərimizi təbrik edib. E.Sultanov 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində 30 ilə yaxın davam etmiş Ermənistanın hərbi işğalı və təcavüzünə son qoyulduğunu və ölkəmizin ərazi bütövlüyünün bərpa edildiyini diqqətə çatdırıb. O, bu tarixi zəfərin bölgəmizdə yeni reallıqlar və sülh üçün imkanlar yaratdığını bildirib. Qeyd olunub ki, qazanılmış tarixi Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılıb və bu gün Azərbaycanın üçrəngli Dövlət Bayrağı Qarabağ və Şərqi Zəngəzurda qürurla dalğalanır.

E.Sultanov qələbənin əldə edilməsinin işğaldan azad olunmuş ərazilərdə mədəni həyatın dirçəlişinə təkan verdiyini qeyd edərək, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinin yenidən mötəbər tədbirlərə ev sahibliyi etdiyini bildirib. O, Şuşanın hər bir azərbaycanlının qəlbində xüsusi yer tutduğunu və musiqi mədəniyyətimizin beşiyi olduğunu vurğulayıb.

Səfir filmin rejissoru M.Silkeberqin Şuşanın ruhunu, böyük sənətkarlarının irsini, Azərbaycan xalqının mənəvi dəyərlərini məharətlə əks etdirməsini, eyni zamanda Azərbaycan ilə Skandinaviya arasında mədəni əlaqələrin tədqiq edilməsinin təqdirəlayiq olduğunu söyləyib. O, filmdə Azərbaycan mədəniyyətini beynəlxalq səviyyədə tanıdan, böyük Azərbaycan bəstəkarı və Şərqdə ilk operanın yaradıcısı Üzeyir Hacıbəyli barədə bəhs olduğunu diqqətə çatdıraraq, dahi şəxsiyyətin Azərbaycan mədəniyyətinə töhfələrindən bəhs etmiş və bu il 140 illik yubileyinin qeyd edildiyini bildirib.

E.Sultanov həmçinin, Azərbaycan-Latviya mədəni dialoqundan söz açaraq, Şuşada olan və Azərbaycan mədəniyyətinə töhfələr vermiş Latviyanın incəsənət xadimlərindən bəhs edib. Səfir "Xaribülbül əfsanəsi" filminin nümayişinin Azərbaycan mədəniyyətinin Latviyada daha da tanınmasına, ölkələrimiz və xalqlarımız arasında mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Sonra filmin rejissoru M.Silkeberq çıxış edərək, Şərqlə Qərbin birləşdiyi məkanda yerləşən Azərbaycanın zəngin tarixi, qədim mədəniyyəti və musiqisinin onu valeh etdiyini bildirib. O, Azərbaycanın bir çox millətlərin və dinlərin harmoniya və tolerantlıq mühitində yaşayan nadir ölkələrdən biri olduğunu və ölkəmizə məxsus bu cəhətin dünyada təbliğ edilməsinin əhəmiyyətini qeyd edib. Rejissor xarıbülbül gülünün hekayəsini lentə almaq üçün Bakı və Şuşada çəkilişlərin aparıldığını və xüsusilə Şuşaya səfərin onda güclü təəssürat yaratdığını bildirib. O, Şuşada fəaliyyət göstərmiş Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan, Bülbül kimi Azərbaycanın dahi mədəniyyət və incəsənət xadimlərinin irsini araşdırarkən Azərbaycan mədəniyyətinin nə qədər zəngin və dərin olmasının, habelə dünya mədəniyyəti ilə sıx əlaqəsinin şahidi olduğunu dilə gətirib.

Daha sonra Səfirlik tərəfindən rəsmi qəbul təşkil olunub.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
“Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ферстаппен положил конец слухам вокруг “Red Bull” 17:30 Эмоциональное прощание Рэшфорда: «Я наслаждался каждым мгновением» 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 СРОЧНАЯ НОВОСТЬ: Инцидент в районе порта Имама Хомейни 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Эдди Хау со слезами на глазах попрощался с «Ньюкаслом» 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Президент Ильхам Алиев находится с визитом в Кыргызстане 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 В этих районах не будет света 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 Все новости