İlham Əliyevdən Qətər Əmirinə başsağlığı - “Qəlbimizdə daim yaşayacaq”

İlham Əliyevdən Qətər Əmirinə başsağlığı - “Qəlbimizdə daim yaşayacaq”
12.07.2026 13:37

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taniyə başsağlığı məktubu göndərib.

TodayPress TV xəbər verir ki, məktubda deyilir:

"Əlahəzrət,

Atanız – görkəmli dövlət xadimi, Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.

Şeyx Həməd bin Xəlifə Al Tani Qətər Dövlətinin tarixində silinməz iz qoymuş, bütün həyat və fəaliyyəti ilə Vətəninə hədsiz sədaqət nümunəsi göstərmiş və onun rifahı naminə fədakarcasına çalışmış xalqının böyük lideri idi.

Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında dostluq və əməkdaşlıq münasibətlərinin təşəkkülündə və inkişafında onun müstəsna xidmətləri olmuşdur. Azərbaycana səfərlərini və onunla görüşlərimi ən xoş təəssüratlarla xatırlayıram. Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə Al Taninin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə, Qətər Dövlətinin qardaş xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"

ЛЕНТА НОВОСТЕЙ
12 июля 2026
İran dövlət televiziyası Lindsi Qremin ölümünü “məsxərəyə qoydu” - VİDEO 15:21 “Ən böyük dostumuzu itirdik” - Ben Qvir 15:02 Azov dənizində gərgin gecə - VİDEO 14:28 Güləş üzrə dünya çempionatı: Azərbaycanın ilkin heyəti açıqlandı 14:15 Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ! 12:43 Sabah “göydən od yağacaq” - 39 dərəcə isti 12:36 İlham Əliyevdən Qətər Əmirinə başsağlığı - “Qəlbimizdə daim yaşayacaq” 13:37 36 mindən çox abituriyentin qatıldığı imtahanda 12 nəfər qaydanı pozdu 13:26 Pakistan və İran XİN rəhbərləri telefonla danışdı - “Yeganə çıxış yolu budur” 12:07 Hacıqabulda qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 12:18 XİN-dən rəsmi təbrik - Azərbaycan bu ölkəyə xoş arzularını çatdırdı 12:40 ABŞ-nin “dəmir qalxanı” çökür 12:31 İran ABŞ-yə cavab zərbələrinin görüntülərini yaydı - VİDEO 12:23 İlham Əliyevin dəvətindən sonra Slovakiya Prezidenti Bakıya gələcək 12:01 Rusiyanın bağladığı qapılar Belarusda açıldı - Miqrantlara ŞAD XƏBƏR 10:31 Zelenski qadağan olunmuş addımı etiraf etdi 10:04 Azərbaycan tranzitin əsas mərkəzinə çevrilir - 480 kilometrlik layihə 11:09 Avtobusun aşdığı qəzadan yeni xəbər - Yaralıların kimliyi bəlli oldu - YENİLƏNDİ 10:12 Rusiyanın nəzarətində olan şəhər qaranlığa qərq oldu 10:08 Lindsi Qrem vəfat etdi 10:37 Rusiyada benzin üstündə “qırğın” gedir - VİDEO 09:59 Bakıda külək güclənir - FAKTİKİ HAVA 09:54 NATO-da pərdəarxası - “Rusiya ilə danışıqlara can atırlar” 09:40 İran ABŞ-yə cavab zərbələri endirir 09:28 ABŞ İranı vurdu - Gecə nə baş verdi? 09:22 Все новости