İlham Əliyev Kolumbiyanın yeni səfirini qəbul etdi - YENİLƏNDİ

İlham Əliyev Kolumbiyanın yeni səfirini qəbul etdi - YENİLƏNDİ
14.04.2026 14:26

Prezident İlham Əliyev aprelin 14-də Kolumbiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Nelsi Rakel Munar Xaramiyonu qəbul edib.

TodayPress TV xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı Azərbaycanla Kolumbiyanın coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, ikitərəfli münasibətlərin yaxşı səviyyədə qurulduğunu deyib və müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməyin əhəmiyyətinə toxunub.

Prezident İlham Əliyev siyasi əlaqələrimizə əsaslanaraq iqtisadi, investisiyalar, turizm və digər sahələrdə münasibətləri dərinləşdirməyin önəmini vurğulayıb.

Azərbaycan Prezidenti səfirə fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycanda Kolumbiyanın ilk qadın səfiri olmasından şərəf hissi duyduğunu deyən Nelsi Rakel Munar Xaramiyo siyasi dialoqu və əlaqələrimizi möhkəmləndirmək, həmçinin əməkdaşlıq üçün yeni imkanların aşkarlanması istiqamətində səylə çalışacağını bildirib.

Səfir Kolumbiya tərəfindən Azərbaycanda ispan dilinin təşviqi məqsədilə bu dilin tədrisi üzrə kursların təşkil olunduğunu, azərbaycanlı tələbələrin və mütəxəssislərin bu proqramda fəal şəkildə iştirak etdiyini məmnunluqla vurğulayıb.

Söhbət zamanı ötən il Azərbaycanla Kolumbiya arasında "ASAN xidmət" modelinin bu ölkədə tətbiqi ilə bağlı anlaşma memorandumunun imzalandığı xatırlanıb.

Görüşdə Azərbaycan ilə Kolumbiya arasında kənd təsərrüfatı, ərazilərin minalardan təmizlənməsi, təhsil, mədəniyyət və digər sahələrdə münasibətləri genişləndirməklə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycanla Kolumbiyanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığına toxunulub, bu xüsusda hər iki ölkənin BMT, Qoşulmama Hərəkatı və digər çoxtərəfli platformalarda bir-birini dəstəklədiyi məmnunluqla vurğulanıb.

Söhbət zamanı parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi, qarşılıqlı təmasların, həmçinin səfərlərin sayının artırılması və maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

TodayPress TV

***

12:56

Prezident İlham Əliyev aprelin 14-də Kolumbiyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nelsi Rakel Munar Xaramiyonu qəbul edib.

TodayPress TV xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

ФОТО

İlham Əliyev Kolumbiyanın yeni səfirini qəbul etdi - YENİLƏNDİ — 1
İlham Əliyev Kolumbiyanın yeni səfirini qəbul etdi - YENİLƏNDİ — 2
İlham Əliyev Kolumbiyanın yeni səfirini qəbul etdi - YENİLƏNDİ — 3
İlham Əliyev Kolumbiyanın yeni səfirini qəbul etdi - YENİLƏNDİ — 4
İlham Əliyev Kolumbiyanın yeni səfirini qəbul etdi - YENİLƏNDİ — 5
İlham Əliyev Kolumbiyanın yeni səfirini qəbul etdi - YENİLƏNDİ — 6
ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Все новости