İlham Əliyev: Azərbaycanla bp arasında 30 ildən çox müddətdə heç bir narazılıq və ya hüquqi məsələ olmayıb

İlham Əliyev: Azərbaycanla bp arasında 30 ildən çox müddətdə heç bir narazılıq və ya hüquqi məsələ olmayıb
09.02.2026 21:06

Azərbaycanla bp arasında 30 ildən çox müddətdə heç bir narazılıq və ya heç bir hüquqi məsələ olmayıb.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

Dövlət başçısı Azərbaycanla bp arasında əməkdaşlığı vurğulayaraq deyib:

"Biz də 30 ildən artıq davam edən tərəfdaşlığı yüksək qiymətləndiririk. Bu, ölkənin transformasiyasında mühüm rol oynadı. Çünki bp və Azərbaycan 1994-cü ildə birgə fəaliyyətə başlayanda Azərbaycan ciddi problemləri olan ölkə idi. Həmin dövrdə bizim Ermənistanın təcavüzü nəticəsində etnik təmizləməyə məruz qalaraq didərgin salınmış bir milyon evsiz insanımız var idi. Büdcəmizdə vəsait sıfır idi. Elektrik enerjisi kəsintilərimiz var idi, elektrik enerjisi çatışmırdı, hətta neft hasilatı sürətlə azalırdı və uğur qazanmaq perspektivi çox aşağı idi. Beynəlxalq neft şirkətlərindən, əsasən bp və başqalarından investisiyalar cəlb olunması bizim həyatda qalmağımız və dövlət qurmağımız üçün yeganə yol idi. Beləliklə, bp və digər şirkətlərin bizə etimadı mühüm rol oynadı, biz bunu heç vaxt unutmayacağıq. Həmin vaxtdan bəri 30 ildən çox müddətdə heç bir narazılıq və ya heç bir hüquqi məsələ olmayıb. Beləliklə, bu, ev sahibi ölkə ilə aparıcı enerji şirkəti arasında əməkdaşlığın yaxşı nümunəsidir".

İlham Əliyev söyləyib ki, indi əməkdaşlıq bərpaolunan enerjiyə transformasiya olunur:

"2020-ci ilədək işğal altında olan Cəbrayıl şəhərində bp 240 meqavatlıq Günəş enerji stansiyasının yaradılmasında iştirak edir. Səngəçalda ən böyük neft-qaz terminalının karbonsuzlaşdırılması da bp tərəfindən yaşıl gündəliyə böyük töhfədir. Çoxlu başqa planlar da var, mövcud və yeni layihələr var, buraya qaz hasilatının artırılması da daxildir. Ümidvarıq ki, bu il dərinsulu "Azəri-Çıraq-Günəşli" layihəsində bunun şahidi olacağıq. Həmçinin neft hasilatının sabitləşdirilməsi bizim üçün əhəmiyyət kəsb edir. Biz çox səmərəli şəkildə işlədiyimiz və işləməyə davam etdiyimiz bütün enerji şirkətləri ilə yaxşı əlaqələr qurmuşuq. Düşünürəm ki, məhz buna görə neft hasilatının obyektiv səbəblərdən aşağı düşməsinə baxmayaraq, Azərbaycana investisiya yatırmağa maraq hələ də çox yüksəkdir".

"Mən "Exxon"un nümayəndələrini görürəm. O da Azərbaycanda investisiya layihələrinə qoşulan ilk şirkətlərdən biridir, hazırda yeni layihələr üzərində işləyir. Ümidvaram ki, yaxşı nəticələr əldə olunacaq. Ötən ilin avqustunda Vaşinqtona səfərim zamanı çox ümidverici və çox cəlbedici layihə ilə bağlı Anlaşma Memorandumunu imzaladıq. Əgər uğurlu olarsa, ümidvarıq ki, bu, bizə neft sənayemizi inkişaf etdirmək üçün əlavə imkanlar yaradacaq, eyni zamanda, həmişə olduğu kimi, neft satışından əldə etdiyimiz vəsaiti qeyri-neft iqtisadiyyatına investisiya yatırmaq üçün bizə əlavə imkan verəcək", - dövlət başçısı qeyd edib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Все новости