İlham Əliyev: Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq, əməkdaşlıq məkanı olacaq

İlham Əliyev: Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq, əməkdaşlıq məkanı olacaq
09.02.2026 20:27

Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq, əməkdaşlıq məkanı olacaq.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

Dövlət başçısı Azərbaycanda yaradılmış əlverişli investisiya mühitindən bəhs edib, ölkəsinin Avropanın enerji təhlükəsizliyində oynadığı roldan danışaraq deyib:

"Bizimlə olduğunuza görə bir daha təşəkkür edirəm. Mən şirkətlərin siyahısına baxdım və dediyim kimi, bizimlə uzun illər çalışan şirkətləri gördüm. Onlar, həmçinin bunu öz çıxışlarında qeyd etdilər. Məsələn, "Apple", "Baker Hughes", "Boeing", bp, "Coca-Cola", "Ericsson", "Exxon", "J.P. Morgan", "Honeywell", "Marriott", "Mastercard", "Visa" və mənim üçün bəzi digər yeni adlar da var. Beləliklə, düşünürəm ki, mövcud əməkdaşlığı artırmaq üçün yaxşı tərkib var. Ölkəmizə ilk dəfə səfər edən şirkətlər üçün isə Azərbaycanda işgüzar fəaliyyət aparmaq üçün bu görüş yaxşı istinaddır. Ümumiyyətlə, ölkəmizdə çox müsbət biznes mühiti mövcuddur. Biz nəhəng sərmayələri cəlb etmişik. Əgər ölkənin ölçüsünə və əhalinin sayına baxsanız, son iki onillik ərzində 350 milyardlıq sərmayə həqiqətən çox böyük rəqəmdir. Hamımızın bildiyi kimi, sərmayələr istənilən ölkənin inkişafında əsas aparıcı qüvvədir. Biz və qanunvericiliyimiz hər zaman xarici sərmayələrə açıq olub. O cümlədən 30 il əvvəl imzalanmış pay bölgüsü sazişlərinə gəldikdə, heç bir söz belə dəyişməyib".

İlham Əliyev deyib ki, bir çox ölkələrlə imzalanmış strateji tərəfdaşlıq sənədləri, sazişlər və bəyannamələr var:

"Bilirəm ki, belə hal dünyanın hər yerində olmur. Bəzən siz danışıqlar aparmaq, müəyyən güzəştlərə getmək və sonra isə şərtlərə yenidən baxmaq istəyirsiniz. Burada heç zaman elə hal olmayıb, çünki biz tam əminik ki, xüsusi olaraq, dediyim kimi, 1990-cı illərin əvvəlində yoxsul vəziyyətdə olmuş ölkəyə etimad qurulmalı idi. Siz etimadı illər boyu qurmalısınız və yalnız bir səhv addım həmin etimadı poza bilər. Bir sözlə, biz həmin səhv addımı atmamışıq. Əksinə, bu gün, bizimlə işləyən şirkətlərin sayı artır. Beynəlxalq əlaqələrimizin coğrafiyası da genişlənir. Bir çox ölkələrlə imzalanmış strateji tərəfdaşlıq sənədləri, sazişlər və bəyannamələr var. Ölkələrdən bəziləri bir-biri ilə yaxşı münasibətdə deyil. Lakin mən hər zaman demişəm ki, Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq, əməkdaşlıq məkanı olacaq. Hər kəs üçün kifayət qədər imkan olacaq və əlbəttə, ölkənin inkişaf gündəliyi göstərir ki, biz düz yoldayıq. Bu gün dediyim kimi, Birləşmiş Ştatlarla münasibətlər yeni, tamamilə əla dövrə qədəm qoyur. Biz çox həvəsliyik və şirkətlərimiz arasında birbaşa əlaqələri qurmaq üçün həmin böyük fürsətdən istifadə etmək istəyirik".

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Все новости