Hindistan mediası Bakını hədəfə aldı: Konfrans ətrafında qalmaqal

Hindistan mediası Bakını hədəfə aldı: Konfrans ətrafında qalmaqal
06.06.2026 00:47

Hindistan KİV-ləri və ekspertləri "Baku Initiative Group" (BIG) təşəbbüsü ilə Bakıda keçirilən, Hindistandakı siqhlərin və digər azlıqların hüquqlarına həsr olunmuş konfrans ətrafında geniş kampaniya başladıb. Ən sərt iddialar CNN-News18 kanalında səsləndirilib. Burada Azərbaycan faktiki olaraq yeni xalistani hərəkatının platforması kimi təqdim edilməyə çalışılıb və hətta separatçı strukturların fəaliyyəti ilə əlaqələndirilib.

TodayPress TV bu barədə minval.az-a iatinadən məlumat verir.

Bildirilir ki, səsləndirilən ittihamların əksəriyyəti faktlara deyil, fərziyyələrə, siyasi şərhlərə və Hindistan xüsusi xidmət orqanlarındakı adı açıqlanmayan mənbələrə istinadlara əsaslanır. Diqqətçəkən məqamlardan biri də siqh diasporunun nümayəndələrinin beynəlxalq konfransda iştirakı ilə separatizmə dəstək arasında birbaşa əlaqə qurulmasıdır.

Halbuki milli, etnik və ya dini azlıqların vəziyyətinin müzakirəsi insan hüquqları üzrə beynəlxalq forumlarda geniş yayılmış praktikadır. Müəyyən fəalların tədbirdə iştirakı təşkilatçı dövlətin onların siyasi baxışlarını dəstəklədiyini sübut etmir.

Faktiki olaraq, hindistanlı şərhçilər belə bir məntiq irəli sürürlər ki, əgər tədbirdə Hindistandakı azlıqların problemləri müzakirə olunursa, təşkilatçılar avtomatik olaraq “anti-Hindistan kampaniyası”nın iştirakçısına çevrilirlər. Bu yanaşma isə Hindistanın beynəlxalq arenada müdafiə etdiyi fikir və müzakirə azadlığı prinsiplərinə ziddir.

Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, Azərbaycana qarşı əsas arqument kimi onun Türkiyə və Pakistanla münasibətləri göstərilir. Lakin Bakı Türkiyə və Pakistanla strateji tərəfdaşlıq və qardaşlıq münasibətlərini heç vaxt gizlətməyib. Bu ölkələr ən çətin dövrlərdə Azərbaycana dəstək veriblər. Eyni zamanda, Azərbaycanın Hindistanla ikitərəfli münasibətləri uzun müddət Bakı ilə digər dövlətlər arasındakı əməkdaşlıqdan asılı olmayaraq inkişaf edib.

Azərbaycanın Pakistanla hər hansı əməkdaşlığını Hindistan üçün təhdid kimi təqdim etmək daha çox Yeni Dehli ilə İslamabad arasındakı regional rəqabətin təzahürü kimi görünür.

Müəlliflərin ittihamlarını dəstəkləyəcək heç bir açıq sübut təqdim etməməsi də diqqət çəkir. Efir zamanı kəşfiyyat mənbələrinə, kriptovalyutalara, logistika və informasiya şəbəkələrinə dair ehtimallar səsləndirilsə də, konkret faktlar, sənədlər və ya araşdırma nəticələri ortaya qoyulmayıb.

Bu fonda sual yaranır: niyə məhz indi Azərbaycan belə bir informasiya kampaniyasının hədəfinə çevrilib? Cavab geosiyasi müstəvidə axtarıla bilər. Son illərdə Azərbaycan beynəlxalq mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib, Avrasiyanın əsas nəqliyyat və enerji qovşaqlarından birinə çevrilib və Cənubi Qafqazda təsir imkanlarını artırıb. Eyni zamanda Hindistan Ermənistanla, o cümlədən hərbi-texniki sahədə əməkdaşlığını genişləndirir. Belə şəraitdə Bakının Hindistan üçün həssas mövzulara toxunan beynəlxalq fəaliyyəti siyasi rəqabət prizmasından qiymətləndirilir.

Bakıda keçirilən konfrans Hindistan ekspert dairələrinin bir hissəsi üçün siqh diasporunun vəziyyəti ilə bağlı daxili müzakirələri xarici siyasət müstəvisinə çıxarmaq üçün əlverişli fürsətə çevrilib. Lakin beynəlxalq forumun keçirilməsi ilə dövlətin separatizmə dəstək verməsi arasında ciddi fərq mövcuddur və bunu sübut etmək üçün əsaslı dəlillər tələb olunur.

Azərbaycan ardıcıl olaraq beynəlxalq hüquqa, dövlətlərin ərazi bütövlüyünə və digər ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə hörmət etdiyini bəyan edir. Bu səbəbdən Bakının guya “anti-Hindistan fəaliyyətinin” yeni mərkəzi kimi təqdim edilməsi daha çox informasiya kampaniyasını xatırladır.

Nəticə etibarilə məsələ hansısa konfransda kimin iştirak etməsində deyil, beynəlxalq müzakirələrin faktlara, yoxsa siyasi ittihamlara əsaslanmasındadır. Hazırda isə Azərbaycanın ünvanına səsləndirilən ittihamların böyük hissəsi konkret sübutlarla təsdiqlənmir.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır 21:16 Arda Turan Ukraynada ilin məşqçisi seçildi 18:33 Все новости