Həyatlarını yenidən qurmağa çalışarlar, yenidən evsiz qalırlar — Livan böhranı…

Həyatlarını yenidən qurmağa çalışarlar, yenidən evsiz qalırlar — Livan böhranı…
21.05.2026 12:58

“Qısa müddətdə təkrarlanan köçlər şəhər sistemlərinə ağır yük yaradır”.

TodayPress TV xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Yaxın Şərq böhranı və onun qlobal mənzil və şəhərsalma sahəsinə təsirləri” adlı tədbirdə BMT-nin İnkişaf Proqramının (BMTİP) təmsilçisi Fransin Pikap deyib.

O bildirib ki, Livanda son gərginlik böyükmiqyaslı məcburi köçkünlüyə səbəb olub.

“Qısa müddət ərzində 800 mindən çox insan məcburi köçkünə çevrilib. Onların bir çoxu yalnız 2024-cü il münaqişəsindən sonra həyatlarını yenidən qurmağa başlamışdı”, – deyə o vurğulayıb.

Fransin Pikap qeyd edib ki, ardıcıl evakuasiya çağırışları insanları qısa müddətdə bir neçə dəfə yer dəyişməyə məcbur edir.

Onun sözlərinə görə, yaşayış evlərinə və əsas xidmətlərə dəyən ziyan onsuz da kövrək vəziyyətdə olan şəhər sistemləri və məcburi köçkünləri qəbul edən icmalar üzərində ciddi təzyiq yaradır.

BMTİP təmsilçisi bildirib ki, təşkilat Livanda böhrana cavab tədbirləri, bərpa və yenidənqurma prosesinə dəstək göstərir.

Bu dəstəyə milli koordinasiya, təcili sığınacaq təminatı, məşğulluq proqramları, real vaxt məlumat sistemləri, iqtisadi təhlillər və idarəetmə sahəsində yardım daxildir.

Fransin Pikap əlavə edib ki, BMTİP İraqda idarəetməyə dəstək, İordaniyada isə hazırlıq və dayanıqlılıq proqramları həyata keçirir.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Все новости