"Euronews" Bakıda keçirilmiş WUF13-ün yekunlarına həsr olunmuş material hazırladı

"Euronews" Bakıda keçirilmiş WUF13-ün yekunlarına həsr olunmuş material hazırladı
23.05.2026 01:00

"Euronews" telekanalı Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) yekunlarına həsr olunmuş material hazırlayıb.

TodayPress TV xəbər verir ki, materialda forumun şəhərlərin gələcəyi ilə bağlı müzakirəsinin memarlıq, infrastruktur və şəhər mənzərələrindən kənara çıxaraq, şəhərlərin münaqişələr, iqlim dəyişikliyi, sürətli şəhərləşmə və bərabərsizliyi yerli icmaları geridə qoymadan necə həll edə biləcəyi kimi aktual qlobal məsələni həll etmək üçün genişləndiyi bildirilir.

"Mənzil məsələsi şəhərlərdə və cəmiyyətlərdə bərabərsizliyi, imkanları, dayanıqlığı, sabitliyi və sülhü müəyyən edən sistemli qlobal problemə çevrilib", - WUF13-ün cümə günü keçirilən bağlanış mərasimində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax deyib.

Onun sözlərinə görə, mənzilin əlçatanlığı, köçürülmə və iqlim dəyişikliyinə qarşı həssaslıq bu qlobal problemin əsas hərəkətverici qüvvələridir.

A.Rossbax qeyd edib ki, forumun "Bakı Fəaliyyətə Çağırışı" adlandırılan yekun bəyanatında şəhər transformasiyası vasitəsilə iqlimə davamlı və inklüziv şəhərlər yaratmaq üçün torpaqdan istifadə, maliyyə, infrastruktur və idarəetməni birləşdirən mənzil həlləri tapmağın mürəkkəbliyi vurğulanıb.

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu 176 ölkədən 57 000-dən çox iştirakçını bir araya gətirib. A.Rossbax bildirib ki, əvvəlki forumlar indiyə qədər heç vaxt bu qədər geniş və müxtəlif qlobal auditoriyanı bir araya gətirməyib.

WUF13-ün Azərbaycandan olan milli koordinatoru Anar Quliyev qeyd edib ki, forumun mövzusu mənzil məsələsini qlobal şəhər gündəminin mərkəzinə qoyub və adekvat, əlverişli, təhlükəsiz, dayanıqlı mənzilə çıxışın müasir dövrün əsas problemlərindən biri olaraq qaldığını təsdiqləyib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin müavini Amina Mohammed "Euronews"a müsahibəsində qlobal problemin miqyası barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, dünya iqlim dəyişikliyi və həll olunmamış münaqişələr səbəbindən artan əhali köçü ilə üzləşəcək və beynəlxalq ictimaiyyət insanların mənzilə çıxışını təmin etmək üçün maliyyə mexanizmlərini təkmilləşdirməlidir.

O vurğulayb ki, mənzil məsələsini təcrid olunmuş şəkildə nəzərdən keçirmək olmaz, çünki bu, təkcə mənzillə deyil, həm də cəmiyyət və layiqli həyat anlayışı ilə bağlıdır.

A.Mohammed qeyd edib ki, 2050-ci ilə qədər dünya əhalisinin 70 %-dən çoxu şəhərlərdə yaşayacaq və beynəlxalq ictimaiyyət artıq 2030-cu ilə qədər dəyişikliklərin təməlini qoymaq imkanına malikdir.

BMT baş katibinin müavini həll yollarının şəhərləri daha davamlı və inklüziv hala gətirməyə yönəlməli olduğunu və hərəkətlərin əlaqələndirildiyi təqdirdə inkişafı sürətləndirəcəyini söyləyib.

O, həmçinin bu il iqlim stressi yaşayan bir çox ölkədə normadan artıq istilərə, eləcə də dünyanın hazırlıqsız olduğu yeni daşqınlara səbəb ola biləcək "Super El Nino" hadisəsinin baş vermə ehtimalı barədə xəbərdarlıq edib.

A.Mohammed beynəlxalq ictimaiyyətin inkişafa qoyulan investisiyaları azaltdığını və bunun humanitar böhranları daha da ağırlaşdırdığını və onlara qarşı cavab tədbirlərini çətinləşdirdiyini bildirib.

O, həmçinin qlobal mənzil böhranının sosial bərabərsizliyi daha da ağırlaşdırdığını, ictimai müqavilənin zəifləməsinə, institutlara inamın azalmasına və həyat keyfiyyətinin pisləşməsinə səbəb olduğunu qeyd edib.

A.Mohammed xüsusilə gənclərin şəhərlərdə mənzil ala bilməmələri, bahalı qiymətlər və kirayə evlərə əlçatanlıq imkanlarının pisləşməsi problemlərini vurğulayıb. Onun sözlərinə görə, bu, gənclər arasında narahatlığın və əqli sağlamlıq problemlərinin artmasına səbəb olur.

A.Mohammed həmçinin gənclərin təhsil səviyyəsi ilə əmək bazarına daxil olmaq və mənzil almaq qabiliyyəti arasındakı uyğunsuzluğa da diqqət çəkib.

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Euronews"a açıqlamasında bildirib ki, Azərbaycanın münaqişədən sonrakı bərpa təcrübəsi WUF13-ün əsas mövzularından biri olub.

Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan münaqişə nəticəsində dağıdılmış və minalanmış doqquz şəhəri və təxminən 300 yaşayış məntəqəsini və kəndi bərpa edir.

Onun sözlərinə görə, ölkə məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli qayıdışını təmin etmək üçün müasir şəhərsalma yanaşmalarını tətbiq edir.

H.Hacıyev həmçinin bildirib ki, şəhərlərin dağıdılması dünyanın müxtəlif bölgələrində - Avropa, Yaxın Şərq və Afrikada getdikcə daha çox müşahidə olunur.

O, qeyd edib ki, Azərbaycanın təcrübəsi beynəlxalq ictimaiyyət üçün faydalı ola bilər və ölkə onu bölüşməyə hazırdır.

H.Hacıyev ayrıca olaraq Azərbaycanın şəhərsalma sahəsindəki tarixi irsini vurğulayaraq, ölkənin qədim şəhərlərinə, onların regional ticarət və bilik tarixindəki roluna diqqət çəkdi.

Onun sözlərinə görə, müasir Bakı şəhərsalma inkişafının davamlılığını əks etdirən tarixi və müasir memarlığın birləşməsini göstərir.

Forumun sonunda Meksika rəsmi olaraq Ümumdünya Şəhərsalma Forumu ailəsinə qəbul olunub, Azərbaycan və Meksika UF14-ə hazırlıqda əməkdaşlıq edəcəklər.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Все новости