“Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumunun açılış mərasimi keçirildi

“Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumunun açılış mərasimi keçirildi
21.11.2025 17:15

21 noyabr tarixində “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumunun açılış mərasimi keçirilib.

TodayPress TV xəbər verir ki, regional və beynəlxalq müstəvidə informasiya mübadiləsinin təkmilləşdirilməsi, media sahəsində əməkdaşlığın gücləndirilməsi, dezinformasiyaya qarşı mübarizə üzrə birgə mexanizmlərin formalaşdırılması, rəqəmsal media istiqamətində birgə layihələrin təşviqi və təcrübələrin paylaşılması məqsədilə təşkil olunan forumun açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forum iştirakçılarına müraciətini səsləndirib.

Sonra çıxış edən D-8 Təşkilatının Baş katibi İsiaka Abdulqadir İmam üzv ölkələr arasında vahid, etibarlı və konstruktiv informasiya mühitinin formalaşdırılması üçün medianın rolunun həlledici olduğunu, dezinformasiya ilə mübarizədə koordinasiyalı fəaliyyətin zəruriliyini diqqətə çatdırıb. O əlavə edib ki, D-8 məkanında ortaq informasiya gündəminin formalaşdırılması, üzv ölkələrin inkişaf prioritetlərini dəstəkləyən media narrativlərinin təşviqi gələcək əməkdaşlıq üçün strateji əhəmiyyət daşıyır.

Forumun əsas məruzəçisi (“keynote speaker”) Pakistanın federal informasiya və yayım naziri Attaullah Tarar çıxışında forumun D-8 ölkələri arasında media əməkdaşlığının genişlənməsi, innovativ təcrübələrin paylaşılması və qlobal informasiya axınında mövcud çağırışlara münasibətdə birgə yanaşmaların müəyyən olunması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini deyib. O, Forumun nəticələrinin regionda daha koordinasiyalı və etibarlı media mühitinin formalaşmasına ciddi töhfə verəcəyini qeyd edib.

Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya və Türkiyədən olan nümayəndələr media mühitində qarşılaşılan qlobal çağırışların üzv dövlətlər arasında daha sıx birlik və koordinasiya tələb etdiyini bildiriblər. Qeyd olunub ki, informasiya axınının çoxvektorluğu, rəqəmsal platformalarda yanlış və manipulyativ məzmunun sürətlə yayılması kimi tendensiyalar ortaq səylərin zəruriliyini daha da artırır. Məruzəçilər, həmçinin üzv ölkələrin media qurumları və müvafiq dövlət strukturları arasında institusional əməkdaşlığın gücləndirilməsi, birgə layihələrin təşkili və süni intellektin formalaşdırdığı yeni reallıqlar fonunda medianın funksiyasının həm mahiyyət, həm də format baxımından yenidən müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb, D-8 çərçivəsində ilk media forumun keçirilməsini yüksək qiymətləndiriblər.

Daha sonra Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov tərəfindən D-8 Media Mükəmməllik Mərkəzinə dair təqdimat edilib. Təqdimatda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının tamhüquqlu üzvü kimi Azərbaycanın ötən müddət ərzində həyata keçirdiyi tədbirlər və irəli sürdüyü təşəbbüslər barədə ətraflı məlumat verilib, xüsusilə D-8 Media Mükəmməllik Mərkəzinin yaradılması istiqamətində görülən işlər, onun struktur və funksional istiqamətləri, eləcə də üzv dövlətlər arasında media sahəsində bilik və təcrübə mübadiləsini təşviq edəcək platformaların formalaşdırılması üzrə nəzərdə tutulan addımlar diqqətə çatdırılıb.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Все новости