Ceyhun Bayramovla Əhməd Attaf arasında telefon danışığı oldu

Ceyhun Bayramovla Əhməd Attaf arasında telefon danışığı oldu
08.03.2026 18:06

Martın 8-də Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri, xarici işlər və xaricdəki milli icma və Afrika məsələləri naziri Əhməd Attaf Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

TodayPress TV xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Telefon danışığı zamanı tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələləri, eləcə də İranın Azərbaycana qarşı həyata keçirdiyi dron hücumları ətrafında fikir mübadiləsi aparıblar.

Azərbaycan tərəfi bu cür hücumların ölkənin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş qəbuledilməz addım olduğunu vurğulayıb və yaranmış vəziyyətlə bağlı görülən tədbirlər barədə məlumat təqdim edib.

Nazir Əhməd Attaf mövcud vəziyyətlə bağlı narahatlığını ifadə edib, gərginliyin artmasının yolverilməz olduğunu bildirib və problemlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında, dialoq və diplomatik vasitələrlə həllinin vacibliyini qeyd edib. Əlcəzair naziri ölkəmizlə həmrəyliyini ifadə edib.

Telefon danışığı zamanı tərəflər Azərbaycan ilə Əlcəzair arasında ikitərəfli münasibətlərin inkişaf perspektivlərini də müzakirə ediblər.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Все новости