Ceyhun Bayramov polşalı həmkarı ilə müzakirələr apardı

Ceyhun Bayramov polşalı həmkarı ilə müzakirələr apardı
25.06.2026 15:11

Xarici işlər naziri Ceyhun Bayramov Polşanın Qdansk şəhərində keçirilən Ukraynanın Bərpası Konfransı (URC2026) çərçivəsində Polşanın Baş nazirinin müavini və xarici işlər naziri Radoslav Sikorski ilə görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında paylaşılıb.

Bildirilib ki, görüşdə tərəflər Azərbaycan-Polşa münasibətlərində müşahidə olunan müsbət dinamikanı məmnunluqla qeyd edərək, ikitərəfli əlaqələrin möhkəmləndirilməsində müntəzəm siyasi dialoq və yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıblar.

Müzakirələr zamanı iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi, ticarət və investisiya əlaqələrinin inkişaf etdirilməsi məsələləri diqqət mərkəzində olub.

Ceyhun Bayramov həmkarına münaqişədən sonrakı dövrdə regionda baş verən proseslər, Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi, eləcə də Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və inkişaf işləri barədə məlumat verib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
12 августа 2026
İsveç sursat tədarükünə 52,5 milyon DOLLAR ayrıldı 01:37 Braziliyadan QEYRİ-ADİ layihə: İnsan saçından okean filtri hazırlandı 01:49 Qasırğaların gücü köpəkbalıqları ilə ölçüləcək? 01:02 Məşhur amerikalı müğənnini məhkəməyə verdilər 01:45 ABŞ-də gömrük gəlirləri azaldı, sosial xərclər kəskin artdı 01:16 Moldova Ukrayna taxılının daşınmasına başlayır 01:30 Kriştianu Ronaldu və Corcina Rodriqes evləndi! 01:41 Bir sıra ərazilərdə işıq KƏSİLƏCƏK 01:20 "Silahları Aİ-yə satırıq, onlar Ukraynaya verir" - Tramp 01:10 Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırılacaq? 00:49 "Fənərbağça" Çempionlar Liqasının pley-offuna yüksəldi! 00:54 Sədərək–Binə yolunda yük maşını yanır - VİDEO 00:20 Vaşinqtonda Ermənistan-Azərbaycan-ABŞ üçtərəfli görüşü keçirilib 22:12 "Putin rusların müharibəni dəstəklədiyini göstərmək istəyir" - Zelenski 00:06 "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşdi! 00:00 Hörmüzdə günlük daşınma 9 milyon barelə çatıb - ABŞ energetika naziri 23:48 Husilər Səudiyyə Ərəbistanına zərbələr endirdiklərini ELAN ETDİ 23:37 Kolumbiyada zəlzələ qurbanlarının sayı artmaqda davam edir 23:16 Prezident sabah kənd təsərrüfatı ilə bağlı Sərəncam imzalayacaq 23:18 “Beşiktaş” Duşan Vlahoviçin transferi ilə bağlı razılığa gəldi! 22:58 Prezident: Ordubadda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur 23:01 "Orhus"un baş məşqçisi: "Sabah" kimi güclü komandalar səhvləri bağışlamırlar 22:51 Yunanıstanın Baş Naziri xəstəxanaya aparıldı 22:45 Prezidentin sosial şəbəkə hesabında Naxçıvana səfəri ilə bağlı videoçarx paylaşıldı 22:53 ABŞ rəsmisi ELAN ETDİ: İsrail-Livan danışıqları BU tarixdə baş tutacaq! 22:25 Все новости