Ceyhun Bayramov İtaliyalı həmkarı ilə strateji tərəfdaşlıq münasibətlərini müzakirə etdi

Ceyhun Bayramov İtaliyalı həmkarı ilə strateji tərəfdaşlıq münasibətlərini müzakirə etdi
26.06.2026 16:42

Xarici işlər naziri Ceyhun Bayramovla İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani arasında telefon danışığı aparılıb.

Bu barədə TodayPress TV-yə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, telefon danışığı zamanı Azərbaycan-İtaliya strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Nazirlər iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun intensiv xarakter aldığını məmnunluqla qeyd ediblər. Bu çərçivədə ötən ilin payızında İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana dövlət səfərinin, cari ilin yanvar ayında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının, habelə may ayında İtaliya Nazirlər Şurasının sədri Corcia Meloninin Azərbaycana səfərinin Azərbaycan-İtaliya münasibətlərinin strateji mahiyyətini və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın dinamik inkişafını nümayiş etdirdiyi vurğulanıb.

Tərəflər qarşıdan gələn dövrdə də siyasi dialoqun və qarşılıqlı səfərlərin davam etdirilməsinin, iqtisadi-ticarət, enerji, nəqliyyat, sənaye, investisiya, təhsil və digər istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər. Bu çərçivədə, cari ilin payızında keçirilməsi nəzərdə tutulan Azərbaycan-İtaliya Biznes Forumunun ikitərəfli iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi baxımından mühüm platforma olacağı bildirilib.

Nazirlər cari ilin sentyabr ayında "The European House – Ambrosetti" ilə tərəfdaşlıq çərçivəsində təşkil olunacaq konfransın Azərbaycan-İtaliya iqtisadi və siyasi dialoqunun inkişafı baxımından əhəmiyyətini vurğulayıblar.

Tərəflər enerji sahəsində uğurlu əməkdaşlığı məmnunluqla qeyd edərək, SOCAR ilə İtaliyanın Italiana Petroli (IP) şirkəti arasında əməkdaşlığın, şirkətin satın alınmasının ikitərəfli iqtisadi münasibətlərin mühüm istiqamətlərindən biri olduğunu vurğulayıblar. İqtisadi sahədə qarşılıqlı faydalı layihələrin genişləndirilməsi və yeni əməkdaşlıq imkanlarının araşdırılmasının əhəmiyyəti qeyd edilib.

Telefon danışığı zamanı həmçinin bölgədə postmünaqişə dövründə sülh gündəliyi, Yaxın Şərqdə vəziyyət və digər regional təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
26 июня 2026
Zavodda partlayış baş verdi, ölən var 19:29 Türkiyənin məşhur aktyoru vəfat etdi 19:37 İyunun 23-dən etibarən Hörmüz boğazında böyük təxliyə - Rəqəmlər açıqlandı 19:25 Təki pul olsun, evdə saxlayaq - Banklar niyə belə edir? 19:27 Bəqai Körfəz ölkələrini tənqid etdi - "Hücumlara görə məsuliyyət daşıyırlar" 18:52 Azərbaycan kursantları Qazaxıstanda - "Aybın-2026" toplanışı 18:59 ABŞ-nin ələ keçirdiyi gəminin iranlı heyəti vətəninə qayıdır - RƏSMİ 18:30 BƏƏ və İran XİN rəhbərləri regional gərginliyi müzakirə etdilər 18:21 SON DƏQİQƏ: Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi 18:29 TƏCİLİ: Oman ABŞ-dən yardım istədi — Xüsusi qüvvələr artıq ərazidədir 18:17 Yaponiyada güclü zəlzələ baş verdi 18:13 Bakıda UFC-yə sayılı saatlar: Rəqiblərin ilk qarşılaşması baş tutdu 18:04 Silahlı Qüvvələr Günündə Müdafiə Nazirliyindən DİQQƏTÇƏKƏN ADDIM 17:47 Pekində təyyarə 528 metrlik göydələnə çırpıldı - VİDEO 17:38 Türkiyə Səfirliyinin paylaşımı diqqət çəkdi – Azərbaycan Ordusuna belə səsləndilər 17:20 Zaxarova Paşinyanı “demaqoq” adlandırdı 17:06 Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı artdı 16:51 Ceyhun Bayramov İtaliyalı həmkarı ilə strateji tərəfdaşlıq münasibətlərini müzakirə etdi 16:46 Bu milli komandalar DÇ-2026-da növbəti matçlarına çıxacaqlar 16:28 Yeni generallara rütbələri təqdim edildi - FOTO 16:19 Filippində güclü zəlzələ oldu 16:04 Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi oldu 15:51 Ukrayna Rusiyaya ağır zərbələr endirməyə davam edir 15:34 Bir gecədə yüzdən artıq motoxuliqan saxlanıldı 15:24 Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi 15:00 Все новости