BTQ: İnsanlıq adına ləkə olan ən qəddar cinayətləri Belçika kralları törədib

BTQ: İnsanlıq adına ləkə olan ən qəddar cinayətləri Belçika kralları törədib
15.12.2025 10:57

Müstəmləkəçi dövlətlərin işğal etdikləri ölkələrdə törətdikləri vəhşiliklərlə bağlı faktlar sübut edir ki, ən qəddar, insanlıq adına ləkə olan cinayətlər Belçika kralları tərəfindən törədilib.

TodayPress TV xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun (BTQ) araşdırmalarında qeyd olunub.

Bildirilib ki, Belçika müstəmləkəçiliyi Avropa imperiyaları içərisində yeganə şəxsi monarx mülkü olması, misli görünməmiş sistemli vəhşilik və irqi alçaltma təcrübələrinin açıq şəkildə qitənin mərkəzində təkrarlanması ilə digər müstəmləkəçilik modellərindən kəskin şəkildə fərqlənən ən qaranlıq və utancverici nümunələrdən biri kimi tarixdə yer alıb. Bu qaranlıq və utancverici səhifələrdən biri də "insan zooparkları"dır.

Belə ki, 1897-ci ildə II Leopoldun şəxsi təşəbbüsü və əmri ilə Konqodan zorla gətirilən 267 nəfər Brüsselin Tervüren bölgəsində keçirilən Dünya Sərgisində "canlı eksponat" kimi nümayiş etdirilib:

"Onlar Avropanın soyuq havasında, yarıçılpaq vəziyyətdə, taxta hasarların arxasında heyvan kimi tamaşaçıların seyr obyektinə çevrilib, ləyaqətləri ayaqlar altına atılıb. Bu barbar nümayiş nəticəsində ən azı yeddi konqolu, o cümlədən uşaqlar pnevmoniya, qrip və digər xəstəliklərdən dəhşətli əzablar içində can verib, cəsədləri isə gizlicə basdırılıb. Beləliklə, II Leopoldun "sivilizasiya missiyası" adı altında qurduğu bu insan zooparkı Avropanın mərkəzində açıq-aşkar irqi alçaltma və soyqırımının simvoluna çevrilib".

İnsan zooparkının yerləşdiyi Tervüren ərazisində sonradan daimi muzey təsis edilib:

"Əvvəlcə "Konqo Muzeyi", sonralar isə "Mərkəzi Afrika üzrə Kral Muzeyi" müstəmləkəçi ideologiyanın təbliğat mərkəzi kimi fəaliyyət göstərib. 1958-ci ildə Brüsseldə təşkil olunan "Expo 58" Ümumdünya Sərgisi çərçivəsində də eyni xarakterli insan nümayişi təkrarlanıb. Bu dəfə Konqodan gətirilən 598 nəfər – 273 kişi, 128 qadın və 197 uşaqdan ibarət 183 ailə – yenidən "canlı eksponat" statusunda Avropa ictimaiyyətinə təqdim edilib. Beləliklə, 1897-ci ildə Tervürendə təşkil olunmuş ilk "insan zooparkı" təcrübəsi heç də təsadüfi və ya müvəqqəti hadisə deyil, Belçika müstəmləkəçilik siyasətinin strukturuna dərin kök salmış sistemli, institusionallaşmış və uzunmüddətli tərkib hissəsini təşkil edib. Bu praktika, irqi iyerarxiya və "sivilizasiya missiyası" ideologiyasının vizual təcəssümü olaraq, XX əsrin ortalarına qədər davam etdirilib".

Qeyd edilib ki, 1959–1962-ci illərdə Belçikanın müstəmləkə idarəçiliyi altında olmuş Burundi, Konqo və Ruanda ərazilərində ağdərili atalar və qaradərili analardan doğulmuş təxminən 20 min uşağın ailələrindən zorla ayrılaraq Belçikaya aparıldığı və övladlığa verildiyi barədə faktlar mövcuddur:

"Bu uşaqların köçürülməsi valideynlərin razılığı olmadan həyata keçirilmiş və onların ailə bağlarının, kimliklərinin və mədəni mənsubiyyətlərinin ciddi şəkildə pozulmasına səbəb olub. Sadalanan hallar Belçikanın müstəmləkəçilik siyasətinin sistemli şəkildə irqçi yanaşmalara, insan hüquqlarının pozulmasına və insan ləyaqətinin tapdalanmasına əsaslandığını açıq şəkildə nümayiş etdirir".

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
“Port Baku”da ev yanır - VİDEO 18:39 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Дезинформация угрожает нашей общественной жизни — Президенту пришлось вмешаться 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Кувейт сбил иранские беспилотники 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Саудовская Аравия ударила по Ираку, чтобы победить Иран — ЗАПУЩЕН НОВЫЙ СЦЕНАРИЙ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Академик, сын расстрелянного Сталиным дворянина, возродивший нефтяную промышленность СССР: Мидхат Аббасов — 100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Все новости