Böhranın gizli tərəfi: Mənəvi ağrını rəqəmlərlə necə ifadə etməli?

Böhranın gizli tərəfi: Mənəvi ağrını rəqəmlərlə necə ifadə etməli?
21.05.2026 12:39

“Münaqişələrin yaratdığı psixoloji və sosial yükü ölçmək mümkün deyil”.

TodayPress TV xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Yaxın Şərq böhranı və onun qlobal mənzil və şəhərsalma sahəsinə təsirləri” adlı tədbirdə Asiya Mənzil Hüquqları Koalisiyasının təmsilçisi Lajana Manandhar deyib.

O bildirib ki, Yaxın Şərqdə baş verən münaqişələr təkcə iqtisadi deyil, həm də ciddi psixoloji və sosial nəticələr yaradır

“İnsanlar yaxınlarının bombardman və hücum bölgələrində olduğunu eşidəndə ailələrin keçirdiyi stressi və qorxunu necə ölçə bilərik?” – deyə o vurğulayıb.

Lajana Manandhar qeyd edib ki, dağılan evlərin və iqtisadi itkilərin hesablanması mümkün olsa da, insanların yaşadığı mənəvi ağrı və psixoloji gərginliyi rəqəmlərlə ifadə etmək mümkün deyil.

O, yoxsul insanların daha çox əziyyət çəkməsinin qarşısının alınması üçün real ədalətə ehtiyac olduğunu bildirib.

“Onlar çox şey istəmirlər. Sadəcə təhlükəsiz ailə, kiçik bir ev və normal yaşayış şəraiti istəyirlər”, – deyə o qeyd edib.

Asiya Mənzil Hüquqları Koalisiyasının təmsilçisi vurğulayıb ki, xaricdə çalışan insanlar zəhmət çəkərək həm ailələrinə, həm də işlədikləri ölkələrin iqtisadiyyatına töhfə verirlər.

Lajana Manandhar bildirib ki, böhranlar zamanı həmin insanların kompensasiya ilə təmin olunması və yaşayış şəraitinin qorunması məsələsi daha ciddi müzakirə edilməlidir.

O əlavə edib ki, yanacaq və ərzaq qiymətlərinin artması insanları daha dərin yoxsulluğa sürükləyir.

“Gəlirlər azalır, amma ərzaq bahalaşır. İnsanlar yeməklərinin sayını azaltmağa məcbur qalırlar”, – deyə Lajana Manandhar vurğulayıb.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Все новости