Bəhreynli nazir: Qadınlar inkişafın tam tərəfdaşıdır

Bəhreynli nazir: Qadınlar inkişafın tam tərəfdaşıdır
17.05.2026 14:23

“Bu gün Bəhreyn qadını artıq sadəcə hüquq və imkanların genişləndirilməsi mərhələsindən milli inkişaf prosesində, o cümlədən mənzil və şəhərsalma sektorunda tam tərəfdaşlıq mərhələsinə qədəm qoyub”.  

TodayPress TV xəbər verir ki, bunu Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan Qadınlar Assambleyasında ("Women’s Assembly") Bəhreyn Krallığının mənzil tikintisi və şəhərsalma naziri Amna bint Əhməd əl-Rumayhi deyib. 

Nazir "Bütün qadınlar və qızlar üçün gender-transformativ mənzil siyasəti bərabərlik və ləyaqəti necə təmin edə bilər?" mövzusundakı panel iclasında Bəhreyn qadınlarının ölkənin qərarlar qəbul edilməsi prosesindəki rolu və mənzil təminatı sahəsində atılan addımlardan danışıb:

“Biz bu gün Bəhreyn hökumətində səhiyyə, turizm, davamlı inkişaf, mənzil tikintisi və şəhərsalma kimi strateji sahələrdə mühüm sənədlərə rəhbərlik edən beş qadın nazirin olması ilə qürur duyuruq".

Rəhbərlik etdiyi qurumun qadınlar üçün yaratdığı sosial imkanlara toxunan nazir qeyd edib ki, Mənzil Tikintisi və Şəhərsalma Nazirliyi olaraq ailə sabitliyini gücləndirən, qadınların adekvat mənzil şəraitinə ədalətli və hərtərəfli çıxışını təmin edən mənzil xidmətlərinin təkmilləşdirilməsi istiqamətində çalışırlar. Müxtəlif sosial şəraitləri nəzərə alan, xidmətlərə, maliyyələşməyə və müvafiq mənzil təminatına bərabər imkanlar yaradan xüsusi dövlət siyasəti çərçivəsində, 2025-ci ilə qədər dul, boşanmış və ailə başçısı olan qadınlar da daxil olmaqla, 6555-dən çox qadın bu mənzil xidmətlərindən yararlanıb.

Bəhreynli nazir, həmçinin əlavə edib ki, mənzilə ən çox ehtiyacı olan həssas qrupların dəstəklənməsi nazirliyin prioritetləri sırasındadır: 

“Biz yetimlər, boşanmışlar, dullar və uşaq böyüdən (himayəsində uşağı olan) qadınlar da daxil olmaqla, mənzilə ən çox ehtiyacı olan qadınları dəstəkləmək üçün xüsusi mənzil kateqoriyaları hazırlamışıq. Bununla yanaşı, mənzil xidmətlərinə ədalətli çıxışı daha da gücləndirmək üçün gəlir və yaşla bağlı uyğunluq meyarlarını genişləndirmişik".

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Все новости