Bakıdan İslamabada təşəkkür: Danışıqlardakı rol yüksək dəyərləndirildi

Bakıdan İslamabada təşəkkür: Danışıqlardakı rol yüksək dəyərləndirildi
18.06.2026 20:28
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə pakistanlı həmkarı Məhəmməd İshaq Dar arasında telefon danışığı aparılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Telefon danışığı zamanı ABŞ ilə İran arasında Anlaşma Memorandumu üzrə əldə olunmuş razılaşma ətrafında fikir mübadiləsi aparılıb.

Pakistanın danışıqlar prosesində oynadığı mühüm vasitəçilik rolu Azərbaycan adından təqdir olunub, xüsusilə Pakistanın Baş naziri cənab Şahbaz Şərifin, Baş nazirin müavini və xarici işlər naziri Məhəmməd İshaq Darın, eləcə də Müdafiə Qüvvələri Rəisi feldmarşal Asim Munirin şəxsi töhfələrinin danışıqların uğurla yekunlaşmasında əhəmiyyətli rol oynadığı vurğulanıb. Həmçinin, prosesə dəstək göstərən digər regional tərəfdaşların töhfələri məmnunluqla qeyd edilib.

Tərəflər əldə olunmuş razılaşmanın regionda gərginliyin azaldılmasına, qarşılıqlı etimadın möhkəmləndirilməsinə və diplomatik həll yollarının təşviqinə xidmət etdiyini qeyd ediblər.

C. Bayramov növbəti mərhələdə hərtərəfli razılaşmanın əldə olunması istiqamətində aparılacaq danışıqların davamlı sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunmasına mühüm töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
ЛЕНТА НОВОСТЕЙ
03 августа 2026
Zakir Həsənov hərbi attaşelərlə görüş keçirdi 19:20 Müharibə Təl-Əvivə neçəyə başa gəlir? - İsrail ordusundan REKORD xərc 19:14 "Turan Tovuz" Türkiyə toplanışında növbəti qələbəsini əldə etdi 19:06 Ödəniş kartları olanların DİQQƏTİNƏ!: Fırıldaqçılıq hallarının son göstəriciləri açıqlandı 18:59 İran bəzəkli sözlər deyir, Amerika isə bombalamağa davam edir 18:47 Zelenski Putinlə görüşməyə HAZIRDIR? - Podolyak elan etdi 18:40 Ərdoğan 2028-ci ildə yenidən namizəd olacaq? - RƏSMİ 18:28 Yardımlı Azərbaycan gimnastika çempionatına ev sahibliyi edəcək 18:23 "Hər dəfə yeni rəhbərə uyğunlaşırıq" - Fransada siyasi böhran işçiləri sarsıtdı 18:13 Rusiya hərbi təyyarələri Baltik səmasında - Litva detalları açıqladı 18:02 Ceyhun Bayramov Estoniyanın yeni səfirini qəbul etdi 17:57 Kamran Əsədov ev dustaqlığına buraxılmadı 17:46 Прояснилась дальнейшая судьба сотрудников Бакинского университета для девушек 17:30 Bakı Qızlar Universitetinin tələbələri özəl ali məktəblərə köçürüləcək 17:29 Yenidən formalaşdırılan Ermənistan hökümətinin tərkibi - TƏCİLİ 17:19 Aİ təcili toplanır - İspaniya qanunsuz miqrantlardan təmizlənə bilmir 17:11 Xırdalanda ər və arvad arasında insident olub - KİŞİ ÖLÜB 17:02 Magistraturaya qəbul olunanlar üçün qeydiyyat elektronlaşdırılır 16:44 Подарок Зеленского, Пашиняна и Токаева женщине-лидеру вызвал интерес 16:42 Konfrans Liqası: “Qarabağ”ın pley-off mərhələsində potensial rəqibi məlum oldu 16:28 Талибан поделится своим опытом с Молдовой 16:27 Bakıda BƏƏ-nin Hərbi Attaşeliyi açıldı 16:10 Иран отказывается от хуситов? — Шокирующее заявление из Тегерана 16:08 Ötən ay 8012,7 hektar ərazi minalardan təmizlənib 15:48 XİN: Azərbaycanda 2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub 15:53 Все новости