Bakıda İƏT-ə üzv ölkələrin antikorrupsiya qurum rəhbərlərinin 3-cü toplantısı keçiriləcək

Bakıda İƏT-ə üzv ölkələrin antikorrupsiya qurum rəhbərlərinin 3-cü toplantısı keçiriləcək
19.05.2025 21:10 Xarici siyasət

2026-cı ildə Bakıda İƏT-ə üzv ölkələrin antikorrupsiya qurum rəhbərlərinin üçüncü toplantısı keçiriləcək.

TodayPress TV xəbər verir ki, Bunu baş prokuror Kamran Əliyev Bakıda səfərdə olan Qətərin İnzibati Nəzarət və Şəffaflıq Qurumunun rəhbəri Həməd bin Naserv AI-Misnəd ilə görüşündə deyib.

Baş prokuror Azərbaycan ilə Qətər arasında mövcud olan güclü siyasi əlaqələri və əməkdaşlığı qeyd edərək, iki ölkənin müxtəlif sahələrdə əlaqələrinin əhəmiyyətini vurğulayıb.


Kamran Əliyev iki ölkə arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirib, GlobE şəbəkəsi və digər beynəlxalq platformalar çərçivəsində birgə əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd edib.

Həməd bin Naserv AI-Misnəd isə, Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində əldə etdiyi nəticələri və beynəlxalq əməkdaşlığa verdiyi töhfəni yüksək dəyərləndirib. O, Azərbaycan Prokurorluğunun beynəlxalq platformaların təcrübə mübadiləsi və qarşılıqlı əməkdaşlığın inkişafına verdiyi töhfələrin əhəmiyyətini diqqətə çatdırıb.

Görüşdən sonra qonaqlar Baş Prokurorluğun Tarix muzeyində ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş guşə ilə tanış olub və Azərbaycan Prokurorluğunun keçdiyi inkişaf yolunu əks etdirən eksponatları izləyiblər.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər