Azərbaycanlı itkinlərin ailə üzvləri ilk dəfə BMT-də qəbul edilib

Azərbaycanlı itkinlərin ailə üzvləri ilk dəfə BMT-də qəbul edilib
28.08.2025 20:40 Xarici siyasət

2025-ci il avqustun 28-də “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təmsilçiləri Cenevrədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR - The Office of the High Commissioner for Human Rights) Məcburi Yoxaçıxmalar üzrə Komitəsinin (CED - Committee on Enforced Disappearances) Katibliyi ilə görüş keçirib.

TodayPress TV xəbər verir ki, görüşdə “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3990 nəfər Azərbaycan vətəndaşının itkin düşdüyünü, onlardan 6 nəfərinin 2020-ci ildə 44 günlük müharibə zamanı itkin düşdüyünü diqqətə çatdırıb. Onların içərisində 71 nəfər uşaq, 284 nəfər qadın, 316 nəfər ahıl şəxs olub. O, “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin Azərbaycanda itkin ailələrini sıralarında birləşdirdiyini qeyd edərək, BMT-nin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin azərbaycanlı itkinlərin taleyinə aydınlıq gətirilməsi üçün səyləri artırmasının vacibliyini bildirib, onları itkin düşmüş Azərbaycan vətəndaşları barədə məlumatları təqdim etməsi üçün Ermənistana çağırış etməyə səsləyib: “30 ildən çoxdur ki, Ermənistan bu barədə heç bir məlumat vermir. Biz 2023-cü ilin avqustunda BMT-nin Baş katibinə, BMT Baş Assambleyasının prezidentinə, BMT-nin İnsan Hüquqları Şurasının prezidentinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına müraciət edərək yenə xahiş etdik ki, Ermənistana çağırış edilsin ki, itkin düşmüş şəxslərin taleyi barədə məlumatları açıqlasın, kütləvi məzarlıqların yerlərini Azərbaycan tərəfinə təqdim etsin. Bizə hələ cavab verilməyib. Beynəlxalq humanitar hüququn və onun əsas mənbəyi olan 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərinə əsasən, silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər barədə onların ailələrinin məlumat almaq haqqı birmənalı şəkildə tanınır. Biz hüquqlarımıza hörmətlə yanaşılmasını istəyirik”.

Məcburi Yoxaçıxmalar üzrə Komitədə görüş zamanı Könül Behbudova 1 gün əvvəl atası vəfat etdiyi üçün bu toplantıya gəlməyin onun üçün çox çətin olduğunu da dilə gətirib: “Mənim atam 1992-ci ildə Zəngilanda itkin düşmüş oğlu Abbas Behbudovun həsrəti, nisgili, ağrısı ilə bu dünyadan köçdü. Mən onun hüzr mərasimini yarımçıq qoyaraq bura gəlmişəm ki, siz qardaşımın aqibəti barədə məlumat əldə etməkdə bizə köməklik edəsiniz. Bu, atamın ən böyük arzusu idi. Atam da minlərlə itkin ailəsinin illərdir gözləri yollarda qalan nümayəndələri kimi xəbər gözləyirdi”.

Görüşdə itkin İlham Dadaşovun anası Elmira Dadaşova, itkin Şahin Əliyevin anası Mahuru Şahin, itkin Azad Cabbarovun həyat yoldaşı Fəridə Cabbarova, itkin Səxavət Canıyevin həyat yoldaşı Reyhan Canıyeva, itkin Oqtay Məmmədovun həyat yoldaşı Pərvanə Məmmədova və “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin digər təmsilçiləri təəssüflə qeyd ediblər ki, Ermənistanda Azərbaycana qarşı müharibə cinayətləri törətmiş şəxslərdən hələ bir nəfər belə məsuliyyətə cəlb olunmayıb, əksinə, müxtəlif vaxtlarda Ermənistan cəmiyyətində onlardan saxta qəhrəman obrazları düzəldirib.

İtkin ailələrinin üzvləri diqqətə çatdırıblar ki, 2020-ci ildən ötən 5 il ərzində işğaldan azad edilmiş ərazilərdə 28 kütləvi məzarlığın aşkarlanması dəhşətli mənzərədir, insanların kütləvi halda qətl edilərək qeyri-insani qaydada basdırılması və izlərinin itirilməsi, bütün insani dəyərlərə hörmətsizlik, vəhşilikdir. Xatırladılıb ki, bir sıra hallarda isə insanlar ailə üzvləri və yaxınları ilə birlikdə itkin düşüb, bütöv ailələr və nəsillər məhv edilib. I Qarabağ müharibəsində 61 ailənin 2-dən 7-dək üzvü itkin düşüb, heç birinin aqibəti bilinmir. “Qarabağ İtkin Ailələri” İctimai Birliyi tələb edib ki, Ermənistan kütləvi məzarlıqlarla əlaqədar xəritələri Azərbaycan tərəfinə təqdim etməlidir.

Məcburi Yoxaçıxmalar üzrə Komitədə görüş zamanı itkin ailələri Beynəlxalq Qırmızı Xaç Komitəsinin onların doğmalarından xəbər gətirəcəyinə inamlarının ciddi zədələndiyini qeyd ediblər.

Görüşdə “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təmsilçiləri itkin düşmüş şəxslər probleminin qlobal mahiyyətli olduğunu, BMT-nin itkin düşmüş şəxslər üzrə xüsusi məruzəçisi institutunun yaradılmasına böyük ehtiyac olduğunu diqqətə çatdırıblar.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR - The Office of the High Commissioner for Human Rights) Məcburi Yoxaçıxmalar üzrə Komitəsinin (CED - Committee on Enforced Disappearances) Katibliyinin nümayəndələri – Gabriela Guzman, Albane Prophette Pallasco görüşdəki müzakirələrdən müvafiq qeydlər götürdüklərini bildiriblər.

Qeyd edək ki, bu, “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin müraciətlərinə BMT səviyyəsində baxılmasına dair ilk haldır.

XƏBƏR LENTİ
31 IYUL 2026
Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Bütün Xəbərlər