Azərbaycan və İCAO ölkədə beynəlxalq tədbirin keçirilməsini müzakirə etdi

Azərbaycan və İCAO ölkədə beynəlxalq tədbirin keçirilməsini müzakirə etdi
05.09.2025 12:01 Xarici siyasət

Azərbaycan Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) ilə 2026 və ya 2027-ci ildə ölkədə beynəlxalq ICAO tədbirinin keçirilməsi imkanlarını müzakirə ediblər.

TodayPress TV  xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, bu müzakirələr nazir müavini Elmin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Bern şəhərində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Baş katibi Xuan Karlos Salazar və ICAO-nun Avropa və Şimali Atlantika Bürosunun Regional Direktoru Nikolas Rallo ilə keçirilən görüşdə aparılıb.

Bildirilib ki, ICAO ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Dövlət Mülki Aviasiya Agentliyi arasında birgə layihələr, o cümlədən aviasiya mütəxəssislərinin hazırlanması və təlim proqramlarında əməkdaşlığın genişləndirilməsi məsələləri də diqqət mərkəzində olub. Uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahələrində kadrların inkişafının, o cümlədən Azərbaycan mütəxəssislərinin ICAO-nun tələblərinə uyğunlaşdırılmasının əhəmiyyəti də vurğulanıb. Azərbaycan nümayəndə heyəti həmçinin Ələtdə icra olunan "Ələt Yaşıl Hava Limanı" layihəsinin cari vəziyyəti barədə Baş katibə məlumat verib, layihənin dayanıqlı hava limanı inkişafı üçün innovativ yanaşmanı və beynəlxalq ekoloji standartlara uyğunluğu özündə ehtiva etdiyini bildirib. Diqqətə çatdırılıb ki, bu layihə milli və qlobal dayanıqlılıq hədəfləri baxımından ICAO ilə əməkdaşlığı nəzərdə tutur.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Bütün Xəbərlər