Azərbaycan səfirliyi Suriyada iftar süfrələri təşkil etdi - FOTO

Azərbaycan səfirliyi Suriyada iftar süfrələri təşkil etdi - FOTO
10.03.2026 13:52

Azərbaycanın Suriya Ərəb Respublikasındakı səfirliyinin təşəbbüsü, Dəməşqətrafı əyalətinin Şərqi Quta bölgəsinin əl-Oteybə qəsəbəsinin Yerli Şurasının təşkilatçılığı və AR Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) dəstəyi ilə, 5 və 7 mart tarixlərində Suriyada “Qardaş Azərbaycan və Suriya xalqları mərhəmət ayında birlikdə” şüarı altında iftar tədbirləri keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə APA-ya Azərbaycanın Suriya Ərəb Respublikasındakı səfirliyindən məlumat verilib.

Qeyd edilib ki, 2018-ci ildə adıçəkilən bölgənin Bəşər Əsəd rejimi tərəfindən kimyəvi hücumlara məruz qalması nəticəsində 600 mülki şəxs, o cümlədən qadın və uşaqlar həyatını itirmiş, minlərlə insan yaralanıb.

5 martda sözügedən qəsəbədə yerləşən və dağıntılar səbəbindən uzun illər ərzində fəaliyyət xaricində olan məktəbin həyətində 500 oruc tutan üçün iftar süfrələri təşkil edilib.

Yerli Şuranın rəhbərliyi və üzvləri, eləcə də qəsəbədən Xalq Məclisinin üzvü seçilən Nizar əş-Şəyibin iştirakı ilə tədbirdə çıxış edən müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Azərbaycanın Suriya ilə dostluq və əməkdaşlıq əlaqələrini inkişaf etdirməyə xüsusi önəm verdiyini qeyd edib. Eyni zamanda Azərbaycan-Suriya əlaqələrinin ötən il ərzindəki inkişaf dinamikasına nəzər salınıb, Ramazan ayı ərəfəsində Azərbaycan dövlətinin 2030-cu ilədək Suriyada müasir beynəlxalq standartlara uyğun 10 məktəb inşa etdirmək və 100 məktəbi təmir etdirmək öhdəsini üzərinə götürdüyü, bununla da, dost ölkənin təhsil sahəsində bərpa prosesinə töhfə verdiyi vurğulanıb.

Öz növbəsində, Xalq Məclisinin üzvü Nizar əş-Şəyib kollektiv iftar süfrələrinə və ayrı gün isə paketlənmiş iftar dəstlərinin paylanılma təşəbbüsünə görə Azərbaycan dövlətinə təşəkkür edərək, bu humanitar aksiyaların yerli əhali tərəfindən xüsusi rəğbətlə qarşılandığını qeyd edib, həmçinin cinayətkar Əsədin silahlı qüvvələri tərəfindən kimyəvi hücuma məruz qalan Şərqi Quta bölgəsinin kütləvi iftar üçün seçilməsinin qardaş Azərbaycan xalqının həmrəyliyinin təzahürü olduğunu vurğulayıb. Bundan əlavə, təhsil sahəsində ölkəmizin məlum dəstəyi üçün dərin minnətdarlıq ifadə edilib.

7 mart tarixində Azərbaycan və Suriya bayraqları, elədə AİDA-nın loqosu və “Ramazan bayramınız mübarək” təbrikini ehtiva edən stikerlərin yapışdırıldığı və öncədən paketlənmiş iftar dəstlərindən ibarət 500 ağ polietilen paketi ilk növbədə hər iki valideyni itirən uşaqlara, daha sonra isə yoxsul və kasıb ailələrə paylanılıb.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 В Азербайджане создадут единый орган в сфере медиа 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 Все новости