Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanladı

Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanladı
16.06.2026 18:00

Azərbaycanın bir qrup QHT rəhbərləri, hüquq müdafiəçiləri ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinə məktub ünvanlayıblar.

TodayPress TV xəbər verir ki, məktubda konqresmen Brad Şermanın Ruben Vardanyan və digər müharibə cinayətkarlarının azad edilməsi, 907-ci düzəlişin qüvvədə saxlanması tələbi ilə bu Komitəyə təqdim etdiyi layihəyə kəskin etiraz edilir.

Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri bildiriblər ki, Brad Şermanın azadlığa buraxılmasını tələb etdiyi şəxslər Azərbaycan xalqına qarşı insanlıq əleyhinə cinayətlər törətmiş, yüzminlərlə insanın köçkün vəziyyətinə düşməsinə səbəb olmuş, mülki infrastrukturun və mədəni irsin dağıdılmasında, soyqırımı, ekosid, urbisid və mədəni qırğın aktlarında birbaşa rol oynamış müharibə cinayətkarlarıdır. "Yerli qanunvericiliyə və beynəlxalq hüquqi alətlərə uyğun olaraq, Azərbaycanın tam ixtiyarı var ki, bu cinayətləri araşdırsın, günahkarları məhkum etsin", - deyə məktubda diqqətə çatdırılır.

Qeyd olunur ki, bununla bağlı məhkəmə prosesləri də açıq formada aparılıb, təqsirləndirilən şəxslərə zəruri hüquqi imkanlar yaradılıb.

"Azərbaycan ilə Ermənistanın davamlı sülhə və normallaşmaya doğru irəlilədiyi bir dövrdə bu müsbət impulsu sarsıdan təşəbbüslərin arxasındakı məntiqi anlamaq çətindir... Prezident Donald Tramp və onun administrasiyası Azərbaycanla Ermənistan arasında dialoqu və normallaşmanı dəstəkləsə də, Şermanın təşəbbüsü bu səylərə ziddir və əldə olunan irəliləyişin qarşısını almağa yönəlib. Ədalət, hesabatlılıq, barışıq və sülh birlikdə irəliləməlidir. Ədalət olmadan sülh, hesabatlılıq olmadan barışıq da ola bilməz", - deyə Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri vurğulayıblar.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Все новости