Azərbaycan Beynəlxalq Nəqliyyat Forumu Sammitinə prezidentliyi təhvil aldı

Azərbaycan Beynəlxalq Nəqliyyat Forumu Sammitinə prezidentliyi təhvil aldı
23.05.2025 12:04 Xarici siyasət

2025-2026-cı illər üzrə Beynəlxalq Nəqliyyat Forumu Sammitinə prezidentlik Çilidən Azərbaycana təhvil verilib. 

TodayPress TV bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.   

Məlumata görə, bu, mayın 21-23-də Almaniyanın Leypsiq şəhərində keçirilmiş “Beynəlxalq Nəqliyyat Forumu 2025” Sammitində baş verir. Azərbaycan bu vəzifəyə 2023-cü ildə üzv dövlətlərin yekdil qərarı ilə seçilib və ilk dəfə olaraq prezidentlik missiyasını üzərinə götürüb. 

Tədbirdə ölkəmizi nazir müavini Rəhman Hümmətovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Sammitə 80-dən artıq ölkədən 1200-dən çox nümayəndə qatılıb. 

Tədbir “Qlobal şoklara qarşı nəqliyyatın davamlılığı” mövzusuna həsr olunub.

İştirakçılar təbii fəlakətlər, pandemiyalar, kibertəhlükələr və geosiyasi böhranlar kimi pozucu amillərin yaratdığı çətinliklər fonunda nəqliyyat sistemlərinin dayanıqlığının təmin olunması yollarını müzakirə ediblər. 

R.Hümmətov Nəqliyyat Nazirləri Şurasının iclasında çıxış edərək Azərbaycanın qlobal şoklara davamlı nəqliyyat sistemlərinin yaradılması istiqamətində atdığı addımları təqdim edib.

O, şəhər infrastrukturunda rəqəmsallaşma, o cümlədən tətbiq olunan “Rəqəmsal əkiz” layihəsi, eləcə də yaşıl və dayanıqlı nəqliyyat sistemlərinin inkişafı üzrə görülən işlər barədə məlumat verib.

Nazir müavini, həmçinin Azərbaycanın regional nəqliyyat layihələrindəki fəal iştirakını və bu sahədə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb. O qeyd edib ki, Qarabağ bölgəsində münaqişədən sonrakı dövrdə həyata keçirilən bərpa işləri çərçivəsində müasir magistral yolların, hava limanlarının tikintisinə və şəhər infrastrukturunun yenidən qurulmasına böyük həcmdə sərmayə yönəldilib.

Bu da regionun dirçəlməsi və nəqliyyat əlaqələrinin canlanması baxımından mühüm əhəmiyyət daşıyır. 

“Azərbaycan üçün bu prezidentlik yalnız bir vəzifə deyil, daha innovativ, yaşıl və daha əlaqəli nəqliyyat sistemlərinin təşviqi istiqamətində geniş səylərimizin davamıdır.

Biz bilirik ki, nəqliyyat təkcə infrastruktur deyil, iqtisadi inkişaf, regional əməkdaşlıq və sosial inklüziya üçün bir vasitədir” deyə nazir müavini nazirlərin mətbuat konfransında bildirib. 

O, sammit çərçivəsində bir sıra ölkələrin nümayəndə heyətləri ilə görüşlər də keçirib. Bu görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. 

Sammit çərçivəsində, həmçinin Beynəlxalq Nəqliyyat Forumunun tərəfdaşlarının məhsul, xidmət və innovativ təşəbbüslərini təqdim etdikləri sərgi təşkil olunub. Burada Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin stendi də nümayiş olunur. Beynəlxalq Nəqliyyat Forumunun Baş katibi Yunq Ta Kim, sammitdə iştirak edən nazirlər və nümayəndə heyətlərinin rəhbərləri stendlə tanış olublar. Ziyarətçilərə Azərbaycanın nəqliyyat sahəsindəki nailiyyətləri ilə bağlı ətraflı məlumat verilib. 

Beynəlxalq Nəqliyyat Forumunun 69 üzvü var. Azərbaycan 1998-ci ildən bu təşkilatın həqiqi üzvüdür, 2008-ci ildən etibarən mütəmadi olaraq təşkil olunan bu sammit qlobal nəqliyyat siyasətinin formalaşmasında əhəmiyyətli rol oynayır.

FOTOLAR

Azərbaycan Beynəlxalq Nəqliyyat Forumu Sammitinə prezidentliyi təhvil aldı — 1
Azərbaycan Beynəlxalq Nəqliyyat Forumu Sammitinə prezidentliyi təhvil aldı — 2
Azərbaycan Beynəlxalq Nəqliyyat Forumu Sammitinə prezidentliyi təhvil aldı — 3
Azərbaycan Beynəlxalq Nəqliyyat Forumu Sammitinə prezidentliyi təhvil aldı — 4
Azərbaycan Beynəlxalq Nəqliyyat Forumu Sammitinə prezidentliyi təhvil aldı — 5
XƏBƏR LENTİ
01 AVQUST 2026
Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 Bütün Xəbərlər